Bank Of Baku

Xarici işlər nazirinin müavini Vaqif Sadıxov “Avropa Birliyi-2020, genişlənmə və inteqrasiya” adlı ənənəvi illik forumda iştirak edəcək

Xarici işlər nazirinin müavini Vaqif Sadıxov “Avropa Birliyi-2020, genişlənmə və inteqrasiya” adlı ənənəvi illik forumda iştirak edəcək
# 24 avqust 2007 16:46 (UTC +04:00)
Avqustun 26-27-də Sloveniyada “Avropa Birliyi-2020, genişlənmə və inteqrasiya” adlı ənənəvi illik forum keçiriləcək. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Azərbaycanı forumda xarici işlər nazirinin müavini Vaqif Sadıxov təmsil edəcək. Foruma Gürcüstan prezidenti Mixail Saakaşvili, Xorvatiyanın baş naziri İvo Sanader, Litvanın baş naziri Qediminas Kirkilas, Makedoniya hökumətinin rəhbəri Nikola Qruyevski, BMT-nin Kosovonun statusu üzrə xüsusi nümayəndəsi Marti Axtisaari, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi və digər rəsmi şəxslər iştirak edəcəklər. Forumda Cənubi Qafqaz regionunda iqtisadi və siyasi istiqamətlər, Avropa Birliyi və ATƏT-in bu regionda gedən proseslərdə rolu mövzusunda xüsusi dinləmələrin keçirilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR