Bank Of Baku

Vurğun Əyyub: “Siyasətdən getmək fikrim yoxdur”

Vurğun Əyyub: “Siyasətdən getmək fikrim yoxdur”
# 25 avqust 2007 08:30 (UTC +04:00)
“Mən siyasi fəaliyyətimi dayandırmamışam və yaxud passiv mövqeyə keçməmişəm. Partiyadakı vəzifəmə aid olan siyasi fəaliyyəti bu gün də davam etdirirəm”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub bildirib. Aktiv siyasi fəaliyyətını dayandırıb daha çox ixtisası üzrə ədəbi fəaliyyətlə məşğul olacağı ilə bağlı məlumatların doğru olmadığını deyən V. Əyyub bildirib ki, son vaxtlar siyasi proseslərdə aktiv olmamasının səbəbi özü ilə bağlı deyil: “Ümumiyyətlə, yay aylarında partiyalar aktiv fəaliyyət göstərmirlər. Digər tərəfdən isə mən artıq partiyada icra işləri ilə məşğul deyiləm. Partiyanın Divan üzvü nə qədər aktivdirsə, mən də o dərəcədə aktivəm”. V. Əyyub bildirib ki, payızdan partiya növbəti prezident seçkiləri ilə bağlı hazırlıqlara başlayacaq: “Mən də bu prosesdə yaxından aktiv iştirak edəcəyəm və siyasətdən getmək fikrim yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR