Bank Of Baku

59 saylı Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələrinin inzibati binalarının açılışı olub

59 saylı  Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələrinin inzibati binalarının açılışı olub
# 25 avqust 2007 09:18 (UTC +04:00)
Bu gün 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələrinin inzibati binalarının açılışı olub. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-a verilən məlumata görə, açılış mərasimində MSK-nın sədri Məzahir Pənahov, rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov və bu dairələrdən seçilmiş millət vəkilləri iştirak ediblər. M. Pənahov öz çıxışında bu ilin əvvəlindən DSK-ların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların inzibati binalarının əsaslı təmir edildiyini, bir sıra dairələr üçün isə yeni binaların tikildiyini bildirib. Onun sözlərinə görə, bu günə qədər 60-dan çox DSK üçün yeni binalar tikilib, 20-si təmir olunub, 15-nin şəraiti yaxşılaşdırılıb, 20-yə yaxın DSK üçün isə yeni iş otaqları tikilib. O, bu işlərin əsasən DSK-ların yerləşdiyi rayonların yerli icra hakimiyyətləri tərəfindən həyata keçirildiyini bildirib. Mərasimdə DSK sədrləri, icra başçısı və millət vəkilləri də çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR