Bank Of Baku

4 DSK-nın yeni binasının açılışı olub

4 DSK-nın yeni binasının açılışı olub
# 27 avqust 2007 08:18 (UTC +04:00)
70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı və 77 saylı Astara Dairə Seçki komissiyalarının (DSK) yeni binalarının açılışı olub. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Hər bir DSK-nın yeni binasındakı otaqların sayı 8-dən yuxarı olub və bu, komissiyanın iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə edilib. Açılış mərasimlərində MSK üzvləri, adıçəkilən rayonların icra başçıları, DSK sədrləri və millət vəkilləri iştirak edib. DSK-ların iş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər bu ilin sonuna kimi davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR