Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Batumidə gürcüstanlı həmkarı ilə görüş keçirir

Azərbaycanın xarici işlər naziri Batumidə gürcüstanlı həmkarı ilə görüş keçirir
# 27 avqust 2007 08:20 (UTC +04:00)
E. Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Batumi limanına, neft terminallarına, Botanika Bağına, Qonio qalasına, Sarpi nəzarət-keçid məntəqəsinə baş çəkiblər. Azərbaycan XİN Mətbuat Xidmətinin rəhbəri Xəzər İbrahimin verdiyi məlumata görə isə E. Məmmədyarov Acarıstanın paytaxtı Batumi şəhərində gürcüstanlı həmkarı ilə görüş keçirir. Görüş qalstuksuz keçirilsə də, nazirlər iki ölkə üçün əhəmiyyət kəsb edən müxtəlif məsələləri müzakirə edirlər. Müzakirə olunan məsələlər sırasında Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin bütün aspektləri, GUAM çərçivəsində əməkdaşlıq, BMT Baş Assambleyasının sessiyasında müzakirə ediləcək məsələlər, enerji sahəsində əməkdaşlıq və s. var. Bu gün E. Məmmədyarov, həmçinin, Acarıstanda yaşayan Azərbaycan icması ilə görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR