Bank Of Baku

Qırğızıstanın Çolpon-Ata şəhərində MDB sənaye təhlükəsizliyi üzrə Dövlətlərarası Şurasının iclası keçirilir

Qırğızıstanın Çolpon-Ata şəhərində MDB sənaye təhlükəsizliyi üzrə Dövlətlərarası Şurasının iclası keçirilir
# 27 avqust 2007 08:22 (UTC +04:00)
Bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) sənaye təhlükəsizliyi üzrə Dövlətlərarası Şurasının 6-cı iclası işə başlayır. APA-nın MDB İcraiyyə Komitəsinə istinadən yaydığı məlumata görə, iclasda Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna, Ermənistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri, qonaq qismində Rumıniya, Polşa və Latviya təmsilçiləri iştirak edir. 3 gün davam edəcək görüşdə MDB ali orqanlarında müzakirəyə çıxarılması gözlənilən sənədlər, sənaye təhlükəsizliyinin təmin olunmasına dair normativ hüquqi və texniki sənədlərin məlumat bazasını formalaşdırmaq məsələləri müzakirə olunur. Şura üzvləri istehsalatda qəzanın və travma hallarının azaldılması problemi, fövqəladə hallar haqqında informasiya mübadiləsi və statistik materialların təkmilləşdirilməsi metodikasını müzakirə edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR