Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvlərinin əksəriyyəti yayı istirahətsiz keçirib

Azərbaycan Milli Məclisinin üzvlərinin əksəriyyəti yayı istirahətsiz keçirib
# 27 avqust 2007 09:16 (UTC +04:00)
APA yay tətilini necə və harada keçirmələri ilə bağlı Azərbaycan Milli Məclisinin üzvləri arasında sorğu keçirib. Sorğuda iştirak edən deputatların əksəriyyəti vaxt çatışmazlığından gileylənərək yay boyunca istirahət etmədiklərini bildiriblər. Sorğuda iştirak edən millət vəkili İqbal Ağazadə, Azər Əmiraslanov, Cəmil Həsənli, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Pənah Hüseyn, Rafael Hüseynov, Sabir Rüstəmxanlı, Əkrəm Abdullayev, Miri Qəmbərov, Zahid Oruc, Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Həvva Məmmədova, Eldar İbrahimov, Elman Məmmədov, İkram İsrafilov, Nəsib Nəsibli, vitse-spiker Bahar Muradova, Gövhər Baxşəliyeva, Məlahət Həsənova, İlyas İsmayılov, Cavanşir Paşazadə, Aydın Abbasov və Şəmsəddin Hacıyev vaxt çatışmazlığından istirahət edə bilmədiklərini, hətta paytaxtdan kənara çıxmadıqlarını deyiblər. Millət vəkilləri Əkrəm Əylisli, Nizami Cəfərov, Rövşən Rzayev isə istirahətlərini sentyabra planlaşdırdıqlarını söyləyiblər. Ancaq millət vəkilləri arasında istirahətə vaxt tapanlar da var. Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov Naxçıvan Muxtar Respublikasında doğulduğu kənddə, Arzu Səmədbəyli Lənkəranda, Fuad Muradov Qəbələ və Gədəbəydə, Mübariz Qurbanlı Nabranda, Rüstəm Xəlilov Sabirabadda, Bəxtiyar Sadıxov Buzovnada, Gülər Əhmədova Mərdəkanda, Əhəd Abıyev Masallıda, Aqil Abbas Ağcabədi və Qubada, Fəzail Ağamalı Nabran, Şəki və Qəbələdə, Fəzail İbrahimli Yardımlı, Azay Quliyev Zaqatala və Lənkəranda, Fazil Qəzənfəroğlu Bakıda Xəzər dənizinin çimərliklərində istirahət etdiyini söyləyib. Deputatlar arasında yay tətilini Azərbaycandan kənarda keçirənlər də olub. Deputat Elton Məmmədov Ukraynada, Elmira Axundova Çexiyada, Əli Hüseynov Türkiyədə, Adil Əliyev isə Avropada tətil edib. APA-nın keçirdiyi sorğuya həmişə olduğu kimi, bu dəfə də özünəməxsus cavab verən deputatlar tapılıb. Millət vəkil Nizami Xudiyev sualı “Sizə qurban olum, neçə dəfə demişəm ki, məni heç bir sorğuya qatmayın. Harada istirahət edəcəyəm, ev-eşiyimdə, xarabamda”, millət vəkili Səməd Seyidov isə “Mən həmişə olduğu kimi indi də iclasdayam, cavab verə bilmərəm” şəklində cavablandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR