Bank Of Baku

Arif Hacılı: “Mövcud vəziyyət müxalif qüvvələrin birləşməsini tələb edir”

Arif Hacılı: “Mövcud vəziyyət müxalif qüvvələrin birləşməsini tələb edir”
# 27 avqust 2007 09:24 (UTC +04:00)
“Müxalifət partiyalarının birgə aksiyalar keçirməsi kifayət qədər aktualdır. Çünki ölkədə sosial-iqtisadi siyasət, Tarif Şurasının qərarları, eyni zamanda cəmiyyətin əldə etdiyi az-çox demokratik dəyərlər üzərinə hakimiyyətin hücumu müxalif qüvvələrin birləşməsini tələb edir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı deyib. Konkret ad çəkməyən A. Hacılının sözlərinə görə, Azərbaycanda siyasi proseslərə az-çox təsir etmək gücündə olan qüvvələr hamıya məlumdur və bu qüvvələrin birgə aksiyalar təyin etməsi mümkündür. Müsavatın ayrılıqda mitinqlər keçirməsinə gəldikdə, A. Hacılı bildirib ki, yaxın gələcəkdə belə aksiyalar nəzərdə tutulmur: “Partiyada mitinqlərlə bağlı müəyyən müzakirələr aparılır. Amma düşünürəm ki, yaxın vaxtlarda kütləvi aksiyaların bərpası ilə bağlı qərar qəbul olunmayacaq. Partiyanın Məclisi Seçki Məcəlləsinin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası və sərbəst toplaşmaq hüququnun təmin edilməsini Müsavat üçün prioritet məqsədlər kimi qarşıya qoyub. Bu qərarın icrası istiqamətində mümkün addımlar atılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR