Bank Of Baku

Həsrət Rüstəmov: “ADP siyasi dialoq mövqeyindən geri çəkilməyəcək”

Həsrət Rüstəmov: “ADP siyasi dialoq mövqeyindən geri çəkilməyəcək”
# 27 avqust 2007 09:38 (UTC +04:00)
Hakimiyyət Azərbaycan Demokrat Partiyasının (ADP) siyasi dialoq təklifinə cavab verməsə də, partiya rəhbərliyi Ali Məclisin iclasında qəbul olunmuş qərarın icrası üçün fəaliyyətini davam etdirəcək. Partiya sədrinin birinci müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, hakimiyyətə edilmiş müraciətdən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu vaxta qədər partiyaya heç bir rəsmi və yaxud qeyri-rəsmi cavab verilməyib. H. Rüstəmov hakimiyyətin belə mövqedə olmasının onların öz mövqeyindən geri çəkilməsinə səbəb olmayacağını qeyd edib: “Çünki siyasi dialoq bir prosesdir və biz bu prosesi başlamışıq. Hazırda ölkədəki siyasi münasibətlər dalana dirənib və sivil çıxış yolu da yalnız danışıqlardadır. Bəziləri bizim bu mövqeyimizi hakimiyyətə təslim olmaq, bəziləri hakimiyyətdən yarınmaq, hakimiyyət isə tamam fərqli qiymətləndirir. İndiki məqamda kimin necə qiymətləndirməsindən asılı olmayaraq, biz düşünürük ki, gec-tez bütün siyasi qüvvələr demokratik inkişaf yolunun məhz siyasi dialoqda olduğunu qəbul edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR