Bank Of Baku

“Azadlıq” bloku növbəti prezident seçkilərinə rəsmi blok kimi qatıla bilər

“Azadlıq” bloku növbəti prezident seçkilərinə rəsmi blok kimi qatıla bilər
# 27 avqust 2007 10:22 (UTC +04:00)
“Azadlıq” bloku növbəti prezident seçkilərində iştirak edəcəyi halda, rəsmi blok kimi dövlət qeydiyyatından keçəcək. Blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, buna mane ola biləcək hər hansı amil yoxdur. Blokdakı Vətəndaş və İnkişaf Partiyasının dövlət qeydiyyatına alınması ilə yarana biləcək problemlərin həll olunduğunu deyən H. Kərimov “Azadlıq”ın seçkilərdə vahid namizədlə iştirak edəcəyini qeyd edib: “Namizəd isə hər hansı partiyanın yox, blokun namizədi kimi qeydə alınacaq. VİP-in dövlət qeydiyyatına alınması blokun fəaliyyətinin daha da aktivləşməsinə, bir sıra hüquqi məsələlərin həllinə səbəb olacaq. Bundan sonra blokun yerli təşkilatları da hüquq fəaliyyət göstərə biləcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR