Rumıniyanın xarici işlər naziri: “Buxarest Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir”
- Azərbaycan və Rumıniya arasındakı münasibətləri necə qiymətləndirirsiniz?
- Rumıniya dünyada Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Bu yaxınlarda biz Rumıniya-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 15-ci ildönümünü qeyd etdik. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq davamlı olaraq yüksələn xətt üzrə inkişaf edib. Yüksək səviyyədə mütəmadi təmaslar və ümumiyyətlə müxtəlif səviyyələrdəki siyasi dialoqun davam etməsi bu dəyərləndirməni təsdiq edir. Xüsusilə ali səviyyədə gerçəkləşdirilən səfərlər vasitəsilə yaradılmış hüquqi çərçivə ikitərəfli münasibətlər üçün etibarlı zəmin yaradıb. Təxminən üç il öncə prezident İlham Əliyev Buxarestə uğurlu bir səfər həyata keçirib. Səfər zamanı ikitərəfli münasibətlərimizin hüquqi bazasını təkmilləşdirən 11 saziş imzalanıb. Bu sənədlər ikitərəfli əlaqələr üçün möhkəm zəmin təşkil edib və onun yüksələn xətt üzrə inkişaf etməsində xüsusi əhəmiyyətə malikdirlər. Eyni zamanda prezident Trayan Basesku tərəfindən 2006-cı ilin oktyabrında gerçəkləşdirilən Bakıya səfər əlaqələrimizin dərinləşdirilməsi və genişləndirilməsinə təkan verən bir sıra ikitərəfli yeni sazişlərin imzalanması üçün şərait yaradıb. İki prezidentin apardığı müzakirələr təsdiq etdi ki, istər ikitərəfli, istərsə də regional və beynəlxalq planda bütöv problemlər silsiləsinə dair eyni nöqteyi-nəzəri paylaşırıq. Eyni zamanda səfər enerji sahəsində ikitərəfli əməkdaşlığın stimullaşdırılması imkanları ətrafında faydalı fikir mübadiləsinə şərait yaradıb, belə ki, beynəlxalq ictimaiyyət qlobal səviyyədə enerji təhlükəsizliyinə getdikcə artan əhəmiyyət verməkdədir. Hər iki prezident enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə təchizat qaynaqlarının və nəqliyyat yollarının sayının artırılmasının həddindən artıq vacib olduğunu qəbul ediblər. Yekun olaraq, prezident Trayan Baseskunun Bakıya səfəri ənənəvi Rumıniya-Azərbaycan əlaqələrinin yenidən təsdiqi olmaqdan başqa həm də ikitərəfli, xüsusilə ticari və iqtisadi əlaqələrə yeni nəfəs verdi. Bu əlaqələrdən istifadə edilməsi isə iki ölkənin iqtisadi agentlərinin öhdəsinə buraxılmalıdır. Rumıniya prezidenti, cənab Trayan Baseskunun DİİU GUAM təşkilatının II sammiti (19 iyun 2007) münasibətilə Bakıya son səfəri Azərbaycan prezidenti cənab İlham Əliyev ilə ikitərəfli görüş çərçivəsində ən yüksək səviyyədə dialoqun davam etdirilməsi üçün gözəl şərait yaradıb. Bu görüş bir daha ikitərəfli əlaqələrimizin xüsusi xarakter daşıdığını və yüksələn xətlə inkişaf etdiyini sübut etdi. Mürəkkəb və çətinliklərdən xali olmayan keçid dövrünü arxada qoymuş Rumıniya dost ölkələrlə əldə etdiyi öz təcrübəsini bölüşməyə hazırdır. Azərbaycan ilə ikitərəfli və Qara dəniz əməkdaşlığı səviyyəsində tərəfdaşlıq münasibətlərinə xüsusi ağırlıq verməkdəyik.
- Panavropalayihəsi üzrə işlər hansı mərhələdədir? Rumıniyanın Konstansa-Triyest kəmərinə dair planları və gözləntiləri nədən ibarətdir?
- Avropa səviyyəsində hiss olunan enerji təhlükəsizliyinə dair böyük qayğılar kontekstində Rumıniya öz məqsədlərini əldə rəhbər tutaraq fəal şəkildə Avropanın enerji idxalatını çeşidləndirəcək PEOP (Pan European Oil Pipeline) layihəsini dəstəkləyir. Avropanın neftə artan tələbinin mövcud olması məlumdur, Avropa İttifaqı isə bu strateji təchizatın təhlükəsizləşdirilməsinə ehtiyac duyur. Beləliklə, Rumıniyanın baxımından PEOP kəməri Avropanın enerji təhlükəsziliyinin artırılmasına kömək edəcək münasib qiymətli effektiv alternativ həll variantıdır. Eyni zamanda PEOP Xəzər neftinin özünü doğruldan və təhlükəsiz yolla Qərbi Avropaya birbaşa çıxışını təmin edir. Bu neft kəməri eləcə də artan sənaye əhəmiyyətinə malikdir, çünki böyük neft şirkətlərinə Xəzər dənizindəki ehtiyatlar və Avropadakı neft emalı müəssisələri arasında yeni əlaqə təklif edir və həmin marşrutun üzərində böyük neft istehlakçıları ilə neft emalçıları yerləşir. Bu kəməri özünü doğruldan təchizat vasitəsi hesab edən Avropa Komissiyasının getdikcə daha fəal surətdə iştirakı bizi sevindirir. Bu, layihə üzrə birbaşa tərəfdaşlar arasında sazişin imzalanmasını asanlaşdırmağa imkan verdi. Beləliklə, car ilin aprelin 3-də Zaqrebdə layihədə iştirak edən dövlətlərin nümayəndələri Avropanın enerji komissarı ilə yanaşı Konstansa-Triyest (PEOP) neft kəmərinin inşaatının dəstəklənməsinə dair Nazirlər Bəyannaməsini imzaladılar. Bu, layihənin inkişafında mühüm addım kimi qiymətləndirilməlidir. Eləcə də Avropa Komissiyasının və Avropa Xartiyası Katibliyinin dəstəyi sayəsində ilin sonuna kimi layihə üzrə şirkətin yaradılması prosedurunun başa çatdırlmasına ümid olunur. Bu baxımdan neft kəmərinin zəruri xammal ilə təmin olunmasında Azərbaycan mühüm təchizatçı ola bilər və onun iştirakı bu layihənin uğurla başa çatdırılmasını asanlaşdıra bilər.
- Azərbaycan enerji sahəsindən başqa nə ilə Rumıniya üçün maraqlı ola bilər?
- Rumıniya ölkənizin simasında Geniş Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin artırılması və təmin olunması, eləcə də enerji sahəsində geniş əməkdaşlıq üçün etibarlı tərəfdaşını görür. Rumıniyanın NATO və Aİ üzvü olan ölkə kimi üzərinə götürdüyü öhdəlik və cavabdehliklərin yerinə yetirilməsi kontekstində onun xarici siyasəti şərq sərhədlərinin o tayda başlayan qonşuluqda regionda sabitlik və təhlükəsizlik durumunun yaxşılaşdırılmasına kömək edəcək demokratik dəyərlərin və hüquqi dövlət normalarının yayılmasına böyük əhəmiyyət verməkdədir. Rumıniyanın Qara dəniz arealında əməkdaşlığın dərinləşdirilməsinə dair son təşəbbüslərinin Azərbaycanın simasında ciddi dəstəkçisini tapmasını məmnuniyyətlə qarşıladıq. Azərbaycanın təklif olunan məqsədlərin əldə olunmasında pay alması faydalıdır və hətta həlledici rola malikdir. Rumıniya-Azərbaycan iqtisadi əlaqələrinə gəlincə, bu iki bazarın təklif etdiyi potensial hələ müvafiq surətdə dəyərləndirilməyib. Ticarət dövriyyəsinin həcminin son illərdə nümayiş etdirdiyi artıma baxmayaraq hələ də bu səviyyə bizi qane etmir. Fikrimcə, Rumıniyanın ixrac etdiyi malların çeşidinin artırılması öyrənilə bilər. Rumın iqtisadiyyatı ciddi inkişaf nümayiş etdirməkdədir və Azərbaycana yalnız mebel sənayesi ilə məhdudlaşmayaraq müxtəlif məhsullar təklif edə bilər. Azərbaycan iqtisadiyyatının müsbət dinamikası fonunda Azərbaycan bazarının tələbat qabiliyyəti artmaqdadır və xarici iqtisadi agentlər üçün cəlbedicidir. İnanıram ki, iqtisadi inkişaf ilə yanaşı rumın iqtisadi operatorlarının başqa bazarlara müdaxilə arzusu da artacaq. Qafqaz və Mərkəzi Asiya məhsulları və ehtiyatlarının Qərbi Avropa bazarlarına çıxışını asanlaşdıracaq geniş infrastruktur layihələrinin konkretləşdirilməsinin vacibliyini də xatırlatmaq istərdim. Həm Rumıniya, həm də Azərbaycan bu dəhliz üzərində yerləşir. Dövlətlərimizin Qara dəniz və Xəzər dənizi sahillərində strateji mövqeyi hər iki dövlətin tranzit potensialından istifadəsini zəruri edir, bu sahədə siyasətin əlaqələndirilməsi və uyğunlaşdırılması isə böyük imkanlar yaradır.
- Cənubi Qafqaz və Azərbaycan Buxarestin dəstələdiyi Qara dəniz təşəbbüsündə hansı yeri tutur?
- 5 iyun 2006-cı ildə Buxarestdə çağırılmış Dialoq və Tərəfdaşlıq üzrə Qara Dəniz Forumu sahil ölkələri arasında, eləcə də bənzər təşəbbüslər, təşkilatlar və beynəlxalq forumlar ilə müzakirələr və əməkdaşlıq imkanları yaradan geniş regional platformadır. Azərbaycan Qara dəniz regionunu əhatə edən dövlətlərin sırasını tamamlayır və ümumi maraq və məqsədləri əldə tutaraq bu hövzə dövlətləri icmasına mənsub olmaq arzusu ilə seçilir. Hələ Forumun açıldığı andan etibarən Rumıniya Azərbaycan təmsilçilərinin Qara dəniz bölgəsinə baxışın müəyyənləşdirilməsində fəal iştirakını qiymətləndirdi. Demokratik dəyərlər, insan hüquqları, davamlı və ya bazar iqtisadiyyatının inkişafı Qara dəniz hövzəsindəki milli və regional cəmiyyətlərin müxtəlif səviyyələrinə təsir edəcək əməkdaşlıq üçün zəmin təşkil edir. Forumun irəli sürdüyü layihələrin bir neçəsi ixtisaslaşdırılmış qurumların əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə vətəndaş zərurətlərini qarşılama qabiliyyətlərinin artırılmasını, regiondakı vətəndaş cəmiyyətinin münaqişələrin uzunmüddətli həllində aktyor olaraq möhkəmləndirilməsi və cavabdeh olmasını, ətraf mühit problemlərinin və sahəsi üzrə regional layihələrin dəyərinin dərk edilməsini nəzərdə tuturdu.
- Buxarestin Dnestryanı problemi və postsovet məkanındakı başqa dondurulmuş münaqişələrə, o cümlədən Dağlıq Qarabağa dair mövqeyi necədir?
- Rumıniya xarici siyasətində bu problemə praqmatik yanaşma NATO və Avropa İttifaqının bilavasitə qonşuluğunda Rumıniyaya da təsir göstərə biləcək qeyri-sabitlik potensialına malik bir sıra ocaqların aradan qaldırılması kimi məntiqi fikrə əsaslanır. Rumıniya Dnestryanı böhranın həllinin Moldovanın suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanmasının vacibliyini dəstəkləyir. Rumıniya daim Dağlıq Qarabağ münaqişəsinin siyasi, danışıqlar yolu ilə həllinə tərəfdardır. Beynəlxalq hüququn prinsiplərinə əsasən Rumıniya, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin müvafiq qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir. ATƏT çərçivəsində Dağlıq Qarabağa dair Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün olunan səyləri, eləcə də Minsk Qrupunun həyata keçirdiyi fəaliyyəti nəzərə alaraq Rumıniya bu yolda bir sıra mühüm və həlledici addımların atılmasına perspektivinə nikbinliklə baxır.
- Azərbaycan və Rumıniya hərbi sahədə əməkdaşlıq edirlər. NATO alyansının üzvü kimi Buxarest bu əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tuturmu?
- Rumıniya Azərbaycanın sabitliyində, demokratik inkişafında və avroatlantik mövqeyində maraqlıdır. Azərbaycan tərəfdaşlıq mexanizmlərində müsbət dinamik rolu, xüsusilə Kosovo və Əfqanıstandakı əməliyyatlarda ciddi iştirakı baxımından Alyansın və Rumıniyanın fəal tərəfdaşı hesab edilir. Azərbaycanın 2006-cı il ərzində Alyans ilə Fərdi Fəaliyyət Planı (İPAP) çərçivəsində əldə etdiyi uğurları qiymətləndiririk. Hesab edirik ki, İPAP-ın nəzərdə tutduğu məqsədlərin uğurla tətbiqi Azərbaycan və NATO əlaqələrinin daha da inkişafı üçün geniş zəmin yaradır. 2007-ci ilin sonunda Azərbaycanın daha ətraflı və daha öhdəlikli yeni İPAP-a malik olacağını alqışlayırıq. NATO üzvü olaraq Rumıniya hərbi islahatların tətbiqi prosesində Azərbaycanın əldə etdiyi uğurlardan məmnuniyyət hissi keçirdiyini ifadə edir. Buxarest və Bakı arasında 1999, 2000 və 2006-cı illərdə imzalanmış sazişlərlə tənzimlənən hərbi və hərbi siyasət sahəsində əməkdaşlığı qiymətləndiririk və ümid edirik ki, Qara dəniz regionunda sabitlik və təhlükəsizlik kimi ümumi maraq doğuran mövzularda ikitərəfli siyasi dialoq daha da genişlənəcək. Biz Azərbaycanı regional təhlükəsizlik mühitinin müəyyənləşdirilməsində güclü rola malik oyunçu hesab edirik. Bu profil daxili inkişafa artırılmış maraq vasitəsilə tamamlanmalıdır, çünki məhz o, xarici siyasət hədəflərinin davamlı və gözlənilən olmasını təmin edir. Ümid edirik ki, 2008-ci ilin aprelində keçiriləcək NATO-nun Buxarest sammiti Riqa sammitində irəli sürülmüş layihələrin və cəsarətli təşəbbüslərin tətbiqində, o cümlədən EAPC çərçivəsində əməkdaşlıq və Geniş Qara dəniz bölgəsindəki tərəfdaşlar ilə əlaqələrdə vacib irəliləyişlər əldə edəcək.
- Rumıniya GUAM təşkilatına müəyyən maraq nümayiş etdirən ölkədir. Buxarestin bu təşkilata dair planları nədən ibarətdir?
- Rumıniyanın şərq qonşuluğunda baş verən proseslərə maraq göstərməsi, sabitlik, təhlükəsizlik və rifah məkanının NATO və Aİ sərhədlərindən o taya genişləndirilməsi ilə məşğul olan avroatlantik icmanın istənilən üzv dövləti üçün təbii haldır. Geniş Qara dəniz regionunun sabit, demokratik və firavan olması, onun Avropa və avroatlantik strukturlara sıx bağlılığı Rumıniyanın təməl strateji marağıdır. Bu ruhda bizim ölkəmiz ümumiyyətlə istər Cənub-Şərqi Avropa, istərsə də Geniş Qara dəniz bölgəsində regional əməkdaşlıq üzrə fəal siyasət yürütməkdədir. Rumıniya Dialoq və Tərəfdaşlıq üzər Qara Dəniz Forumunun institutlaşması üçün ardıcıl çalışır. Həmin təşəbbüs bərabər surətdə demokratiyanın və iqtisadi inkişafın həyata keçirilməsi, enerji təhlükəsizliyi, etibarın artırılması, sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmlənməsini nəzərdə tutur. Bundan başqa ölkəmiz Avropa Komissiyasının ”žBlack Sea Sinergy” Bəyannaməsində fəal yer tutur. Bu təşəbbüslərin həyata keçirilməsi məqsədilə Rumıniya Qara dənizin sahil dövlətləri, eləcə də yaxın qonşuluqdakı digər ölkələr, o cümlədən Azərbaycan ilə sıx əməkdaşlıq etməyi planlaşdırır. Qara dəniz bölgəsinin strateji əhəmiyyəti nəzərə alaraq bu regiondakı bütün əməkdaşlıq mexanizmləri və strukturların atdıqları addımları maraqla izləyirik. Bu baxımdan Rumıniya GUAM-ın beynəlxalq təşkilata çevrilməsini, eləcə də üzv dövlətlərin regionun qarşılaşdığı çətinliklərin uzunmüddətli həlli üçün vasitələrin tapmasını alqışlayıb. Avropa İttifaqı və NATO üzvü olan dövlət kimi Rumıniya DİİU GUAM üzvü olmağı nəzərdən keçirmir, amma, Rumıniya prezidenti cənab Trayan Baseskunun DİİU-GUAM-ın Bakı sammitində (19 iyun 2007) iştirakı zamanı etdiyi çıxışda təsdiq etdiyi kimi Rumıniya GUAM dövlətlərinin müsbət addımlarını alqışlayır və xüsusilə enerji təhlükəsizliyi sahəsində bu dövlətlərlə siyasi və iqtisadi əlaqələri dinamikləşdirməkdə maraqlıdır. Rumıniya prezidentinin qonaq qismində GUAM sammitlərində (Kişinyov - 22 aprel 2005, Bakı - 19 iyun 2007) iştirakı, eləcədə Rumıniya xarici işlər nazirinin DİİU-GUAM-ın Kiyev sammitinə getməsi (22-23 may 2006) göstərir ki, Rumıniya regional əməkdaşlıq təşəbbüslərinə xüsusi yanaşma nümayiş etdirir və onların tam inkişafını dəstəkləyir.
- Azərbaycanın Avropa İttifaqına bu təşkilata daxil olmaq perspektivini necə dəyərləndirirsiniz?
- 2004-cü ildə Avropa İttifaqı Cənubi Qafqaz dövlətlərinin Avropa Qonşuluq Siyasətinə daxil etməklə onlarla daha sıx əlaqələrin qurulması barədə mühüm qərar qəbul etdi. Rumıniya bu addımın atılması, həm də həmin qərarın həyata keçirilməsinin tezləşdirilməsi üçün fəal iş görüb. 2006-cı ildə imzalanmış Aİ-Azərbaycan Fəaliyyət Planı İttifaq və ölkəniz arasında əlaqənin genişləndirilməsi arzusunun sübutudur. Biz Azərbaycana İttifaqın PESC Bəyannaməsinə qoşulmaq imkanı verən, siyasi yaxınlaşma xarakteri daşıyan ən son böyük qərarı alqışlayırıq. Azərbaycan European Neighbourhood and Partnership Instrument (ENPI) şi Cross Border Cooperation Sea Basin Program vasitəsilə sərhədaşırı əməkdaşlığı və vətəndaş cəmiyyətini həvəsləndirən European Neighborhood Policy proqramının üzvüdür. Qara dəniz regionunun bütün dövlətləri olaraq bizim Aİ tərəfindən ixtiyarımıza verilən bu yeni vasitələr və vəsaitlərin xarakteri və faydalılığını başa düşməmiz vacibdir ki, regionun xeyri və daxili inkişafımız üçün onları maksimum dəyərləndirək. Üstəlik, bu il Aİ Rumıniyanın hazırlanmasında fəal iştirak etdiyi ”žBlack Sea Synergy” təşəbbüsü vasitəsilə Qara dəniz regionuna tərəf böyük bir yaxınlaşma həyata keçirib. Bu yeni regional əməkdaşlıq təşəbbüslərinin gerçəkləşməsində Azərbaycanın dəstəklənən iştirakına arxalanırıq. Ölkənizin Rumıniyanın Ortaq Menecment Hakimiyyəti (Authority of Management) rolunu oynadığı Avropa Qonşuluq Siyasəti nəzdində Qara dəniz sərhədxarici əməkdaşlıq proqramında iştirakını müsbət qiymətləndiririk.
- ARDNŞ-in Rumıniyada fəaliyyət perspektivlərini necə görürsünüz?
- Rumıniyanın özünün enerji ehtiyatları ilə təminatını müxtəlifləşdirməkdə, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynamaqda böyük marağı var. Aİ üzvü olan dövlət kimi Rumıniya, İttifaqın enerji sahəsində vahid siyasətinin hazırlanmasını dəstəkləyir. Bundan başqa enerji sahəsində əməkdaşlıq üzrə Rumıniya-Azərbaycan ikitərəfli sazişi üçün uyğun formanın tapılmasını müzakirə etmək istəyirik. ARDNŞ-nin Rumıniyada filialının açılmasını məmnuniyyətlə qarşılayırıq. Bu şirkətin Rumıniya bazarında mövcudiyyəti göstərir ki, Rumıniya-Azərbaycan əlaqələri ona həm də iqtisadi baxımdan strateji xarakter verən yetkinlik mərhələsinə çatıb. Xatırlatdığım kimi, biz bu fakta həm ikitərəfli perspektivlər, həm də ortaq avroatlantik təhlükəsizlik maraqlar prizmasından baxırıq.
ARDNŞ-nin Buxarest nümayəndəliyi vasitəsilə Rumıniyanı tranzit qapısı kimi istifadə edərək Avropa bazarına girə bilər. Rumıniya, strateji mövqeyi ilə Azərbaycan qaynaqlarının Mərkəzi və Qərbi Avropaya tranziti üçün mühüm dəhliz ola bilər. Bundan başqa ARDNŞ-nin etibarlı tərəfdaşları ola biləcək təcrübəli şirkətləri var.
Bizim ölkəmiz Avropa standartlarına uyğun böyük həcmli neft emalı müəssisələrinə, mürəkkəb enerji nəqliyyatı infrastrukturuna, elədə də böyük daxili distribusiya şəbəkəsinə malikdir və bunlar ARDNŞ ilə rumın tərəfdaşları arasında məhsuldar əməkdaşlığın inkişafı baxımından mühüm üstünlüklərdir. Digər tərəfdən Azərbaycanın bizim bazarda iştirakının artırılması Rumıniyanın maraqları ilə də uyğundur, çünki bu, rəqabətin artmasına gətirib çıxarır.
- Rumıniya və Azərbaycan Nabucco layihəsi çərçivəsində necə əməkdaşlıq edə bilərlər?
- Avropanın mövcud qaynaqlardan fərqli qaynaqlardan qazla təchizini nəzərdə tutan Nabucco layihəsinin Avropanın enerji təminatının təhlükəsizliyində mühüm payı olacaq. Onun əhəmiyyəti Avropa Şurası tərəfindən 8-9 mart 2007-ci ildə qəbul olunmuş Avropa Komissiyasının Enerji Siyasətinə dair Fəaliyyət Planı çərçivəsində Avropa üçün prioritet təşkil edən infrastruktur layihələri siyahısına daxil edilməklə Aİ səviyyəsində tanınıb. Nabucco layihəsinin irəliləməsi və Xəzər bölgəsindəki enerji təchizatçısı olan ölkələr ilə əlaqələrin inkişafı Rumıniyanın prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan layihəyə qarşı nümayiş etdirdiyi maraq və malik olduğu əhəmiyyətli enerji ehtiyatlarını nəzərə alaraq Azərbaycan Nabucco-nun ptensial təchizatçısı kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı mühüm rolun qiymətləndirilməsinin ifadəsi olaraq bu şəraitdə hər iki tərəf enerji tərəfdaşlığının əsasının qoyulması və Nabucco layihəsi çərçivəsində əməkdaşlığın inkişafını nəzərdə tuturlar. /APA/

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ