Bank Of Baku

“Azadlıq” bloku “Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı” ilə bağlı dəyirmi masa keçirib

“Azadlıq” bloku “Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı” ilə bağlı dəyirmi masa keçirib
# 18 sentyabr 2007 12:02 (UTC +04:00)
“Azadlıq” blokunun təşkilatçılığı ilə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında 2006-cı ildə imzalanmış “Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı” ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli bu fəaliyyət planının Azərbaycan üçün əhəmiyyətli olmasına baxmayaraq, planın yerinə yetirilməsi istiqamətində lazımi addımların atılmadığını deyib. Onun sözlərinə görə, bu gün cəmiyyətə sözügedən fəaliyyət planı haqqında lazımi məlumatlar verilmir: “Buna görə də cəmiyyətin bir hissəsinin bu plandan xəbəri yoxdur”. O bu istiqamətdə Aİ-nın də fəaliyyətini qənaətbəxş saymayıb. Sonra AXCP sədrinin müavini Fuad Mustafayev fəaliyyət planı ilə bağlı blokun hazırladığı təkliflər paketini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Planda 10 prioritet sahə üzrə perspektivlər nəzərdə tutulsa da, blok yalnız 2-ci (ədalətli və şəffaf seçki prosesinin vasitəsi ilə demokratiyanın gücləndirilməsi) və 3-cü (insan hüquqlarının, əsas azadlıqlarının və qanunun aliliyinin müdafiəsinin gücləndirilməsi) prioritetlər üzrə təkliflər hazırlayıb. Blok 2-ci prioritet sahə üzrə 6, 3-cü prioritet sahə üçün isə 26 təklif irəli sürüb. Sənəddə qanunverici hakimiyyətin səlahiyyətlərinin genişləndirilməsi, bələdiyyələrin təkmilləşdirilməsi və digər məsələlər nəzərdə tutulub. Tədbirdə politoloq Rasim Musabəyov, hüquqşünaslar Fuad Ağayev, Adil İsmayılov, QHT nümayəndələrindən Leyla Yunus, Murad Sadəddinov, ACP sədri Akif Şahbazov, VİP sədri Əli Əliyev və digərləri təkliflərlə bağlı fikirlərini bildiriblər. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə Azərbaycanda qanunların işləmədiyini, ölkədə demokratiya ideyasının zəif olduğunu vurğulayıb.
Tədbirdə irəli sürülən təkliflər də nəzərə alınmaqla, sənədin aidiyyəti qurumlara təqdim olunması qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR