Bank Of Baku

Çitada azərbaycanlıların ev və maşınlarını yandıran 34 nəfər barəsində cinayət işinin istintaqı başa çatıb

Çitada azərbaycanlıların ev və maşınlarını yandıran 34 nəfər barəsində cinayət işinin istintaqı başa çatıb
# 18 sentyabr 2007 12:23 (UTC +04:00)
Çitanın Xaraqun kəndində ötən ilin mayında baş verən kütləvi iğtişaşlarla bağlı cinayət işinin istintaqı başa çatıb. APA-nın məlumatına görə, vilayət prokurorluğu istintaq materiallarını təsdiqləyərək Xiloks rayon məhkəməsinə göndərib. İstintaq materiallarına əsasən, 2006-cı il mayın 17-də Xaraqun kənd sakinləri burada müvəqqəti olaraq məskunlaşmış 17 azərbaycanlı ailəsinin evinə basqın edərək, soyğunçuluq və quldurluq hərəkətlərinə yol veriblər. Kütləvi iğtişaşlar zamanı bu ailələrə məxsus evlər yandırılıb, qızıl əşyalar, məişət texnikası və paltarlar oğurlanıb. Bundan başqa kənd sakinləri azərbaycanlılara məxsus 7 yük avtomobilini və 10 minik maşınını yandırıblar. Hadisə zamanı 12 azərbaycanlı müxtəlif dərəcəli bədən xəsarəti alıb, soydaşlarımızdan biri sonradan xəstəxanada vəfat edib. İstintaq orqanları kütləvi iğtişaşlar zamanı azərbaycanlılara qarşı odlu silahdan istifadə edildiyini, soydaşlarımızın fiziki və psixoloji təzyiqlərə məruz qaldığını müəyyənləşdirib. İş üzrə 40 nəfər zərərçəkən qismində tanınıb, onlara təqribən 2 milyon dollar dəyərində zərər dəydiyi təsdiqlənib. Prokurorluq orqanları 32 nəfərə qarşı zorakılıq, soyğun, yanğın, əmlakın məhv edilməsi, odlu silah tətbiqi ilə kütləvi iğtişaşlar törətmək maddəsi ilə ittiham irəli sürüblər. Daha iki Xaraqun sakini isə kütləvi iğtişaşlara çağırış və hakimiyyət orqanlarının tələbələrinə tabe olmamaq maddələri ilə mühakimə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR