Bank Of Baku

AMİP məhkəməyə müraciət edə bilmir

AMİP məhkəməyə müraciət edə bilmir
# 18 sentyabr 2007 12:45 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qərargah probleminin həlli ilə bağlı məhkəməyə müraciət etmək üçün lazım olan sənədləri toplaya bilməyib. Bunu APA-ya açıqlamasında partiyanın sədri Ayaz Rüstəmov deyib. O bildirib ki, AMİP Rəsulzadə qəsəbəsində yerləşən qərargahdan qanunsuz çıxarılması barədə iddia qaldırmaq fikrindədir. Lakin həmin bina ilə bağlı sənədlər itdiyindən iddia ərazisini hazırlamaq gecikir. A. Rüstəmov rəhbərlik etdiyi partiyaya hakimiyyət tərəfindən fərqli münasibətin olduğunu da vurğulayıb: “Digər partiyalar ofislə təmin olunmaq üçün müraciət etdikdə ən azı onlara müvafiq yer təklif olunur. Amma bizim müraciətlərimizə buna oxşar cavab da verilmir. Bütün müraciətlərimizə cavab olaraq bildirirlər ki, yeri özümüz tapaq, yalnız müqavilə bağlayan zaman dövlət komitəsinə müraciət edək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR