Bank Of Baku

Ramiz Əhmədovun vəfatından sonra AKP-də sədr postu uğrunda açıq mübarizə başlayıb

Ramiz Əhmədovun vəfatından sonra AKP-də sədr postu uğrunda açıq mübarizə başlayıb
# 18 sentyabr 2007 13:31 (UTC +04:00)
“Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sentyabrın 22-də keçirilməsi planlaşdırılan Plenumu baş tutmayacaq. Çünki partiya üzvlərinin əksəriyyətinin plenumunun keçirilməsi haqda verilən qərardan xəbəri yoxdur. Digər tərəfdən partiya sədri, mərhum Ramiz Əhmədovun 40 mərasimi çıxmamış tələsik olaraq, belə tədbirin keçirilməsi etikadan kənardır”. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) sədr müavini Rauf Qurbanov APA-ya açıqlamasında bildirib ki, partiyanın rəhbərliyini və maddi-texniki bazasını ələ keçirmək istəyən bir qrup şəxs tələsik olaraq sədr postuna öz adamlarını yerləşdirməyə cəhd edirlər. Bu cəhdlərin bir nəticə verməyəcəyini və tələsik şəkildə plenumun keçirilməsinə imkan yaradılmayacağını deyən R. Qurbanov həmin partiya yoldaşlarını diversant adlandırıb: “Bu işlərin başında AKP təşkilat şöbəsinin müdiri Ələsgər Xəlilov dayanır. O, kommunistlər tərəfindən qəbul olunmasa da, özünə yaxın olan adamlardan ibarət qrup yaratmağa müəssər olub. Partiya 1994-cü ildə yaradılandan indiyə qədər iki dəfə belə halla qarşılaşıb. Onu dəstəkləyən digər şəxslər yaxşı olar ki, Ələsgər Xəlilovun sadiq yoldaşı Rüstəm Şahsuvarovun keçmişini araşdırsınlar. O, Azərbaycan Sosial Demokrat Partiyası sıralarından partiya sədrinə qarşı fəaliyyətə görə qovulub, birdən-birə AKP-də peyda olub, sonra isə sədr müavini postuna qədər yüksəlib”. Qurultaydan sonra partiyada təmizlənmə işlərinin aparılacağını da deyən R. Qurbanov onu partiyadan çıxarmağa cəhd edən adamların niyyətlərinə çatmayacaqlarını söyləyib: “Onlar mənim plenumda iştirakını əngəlləməyə çalışırlar. Bu yolla plenumda saxta nəticə əldə etmək istəyirlər. Qeyd etmək istəyirəm ki, plenum hər hansı şəxsi partiyadan çıxara bilməz. Bu qurum partiya üzvünü vəzifədən uzaqlaşdıra bilər. Partiyadan çıxarmaq səlahiyyəti isə ilk təşkilata məxsusdur. Büronun qərarı ilk təşkilatda müzakirə edilməli və təsdiq olunmalıdır. Onlar Rauf Qurbanovdan ehtiyatlandıqlarından açıq şəkildə mübarizədən yayınırlar. Bu diversantlar partiyada şantaj və siyasi tərbiyəsizliklə məşğul olurlar”. AKP MK-nın sədr müavini Rüstəm Şahsuvarov isə APA-ya deyib ki, plenum keçiriləcək və bu toplantıda R. Qurbanov partiyada tutduğu bütün vəzifələrdən çıxarılacaq. O, R. Qurbanovun partiyadan çıxarılması ilə bağlı digər prosedur qaydaların da həyata keçiriləcəyini söyləyib: “Plenumun tez keçirilməsi Ramiz Əhmədovun vəsiyyəti olub və burada qeyri-etik heç nə yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR