Bank Of Baku

Arif Hacılı: “Cəmiyyətdə mitinq əhval-ruhiyyəsi hiss olunmur”

Arif Hacılı: “Cəmiyyətdə mitinq əhval-ruhiyyəsi hiss olunmur”
# 18 sentyabr 2007 13:31 (UTC +04:00)
Müsavat Partiyası sentyabr ayı ərzində kütləvi aksiyalar keçirmək niyyətində deyil. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bildirib ki, bu, ümumilikdə cəmiyyətdə mitinq əhval-ruhiyyəsinin hiss olunmaması ilə əlaqədardır. Amma o, kütləvi aksiyalarla bağlı müəyyən müzakirələrin aparıldığını və 18 Oktyabr - Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunması günü ilə bağlı mitinq keçirilməsi təklifinin irəli sürüldüyünü deyib: “Bayram münasibətilə bir sıra tədbirlər nəzərdə tutulub. Ayrıca Müsavatın yox, ümumilikdə müxalifətin birgə aksiyasının keçirilməsi arzu edilir. Bununla bağlı yaxın vaxtlarda digər partiyalarla müzakirələr aparılacaq”. A. Hacılı Ukrayna meydanında keçirilən aksiyalara mənfi münasibətlə razı olmadığını da qeyd edib: “Aksiyaların məqsədi ictimaiyyətin diqqətini oradakı tələblərə yönəltmək idi. Bu məqsədə kifayət qədər nail ola bildik. Təsadüfi deyil ki, bu gün də həmin mitinqlərin müzakirəsi gedir. Bu, mitinqlərin öz məqsədinə nail olmasının göstəricilərindən biridir”. A. Hacılı seçkilər yaxınlaşdıqca siyasi fəallığın artacağını və böyük aksiyaların keçiriləcəyini bildirib. O, Ukrayna meydanı və metronun “Neftçilər” stansiyasının yanında aksiyalar keçirməklə kifayətlənmək fikrində olmadıqlarını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR