Bank Of Baku

Ayaz Rüstəmov: ““Azadlıq” blokunun müxalifətin Məşvərət Məclisinə daxil olmasına ehtiyac yoxdur”

Ayaz Rüstəmov: ““Azadlıq” blokunun müxalifətin Məşvərət Məclisinə daxil olmasına ehtiyac yoxdur”
# 18 sentyabr 2007 13:33 (UTC +04:00)
““Azadlıq” blokunun müxalifətin Məşvərət Məclisinə daxil olmasına ehtiyac yoxdur”. Bunu APA-ya açıqlamasında Məşvərət Məclisində təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov deyib. O bildirib ki, həmin blokdakı partiyalar içərisində yalnız AXCP-nin ciddi strukturları var və bu partiyanın Məşvərət Məclisində təmsil olunması arzuediləndir. A. Rüstəmov Azərbaycandakı irili-xırdalı bütün partiyaların birgə müzakirə aparmasına tərəfdar olduğunu da söyləyib: “Amma qarşıdan prezident seçkiləri gəlir və çox güman ki, həmin mərhələdə seçki blokunun yaradılması ilə bağlı təkliflər ola bilər. Bunu nəzərə alan bəzi qüvvələr bu səbəbdən məclisdə təmsil olunmaq istəmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR