Bank Of Baku

Arif Hacılı: “Partiya rəhbərliyi seçkilərdə iştiraka və İsa Qəmbərin namizədliyinin irəli sürülməsinə meylli görünür”

Arif Hacılı: “Partiya rəhbərliyi seçkilərdə iştiraka və İsa Qəmbərin namizədliyinin irəli sürülməsinə meylli görünür”
# 18 sentyabr 2007 13:37 (UTC +04:00)
“Müsavat Partiyası 2008-ci il prezident seçkiləri ilə bağlı öz resurslarını, rayon təşkilatlarının vəziyyətini öyrənir”. Bunu APA-ya açıqlamasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, partiyanın seçkilərə hazırlıq səviyyəsi ilə bağlı Divanda müzakirələr aparılır, ayrı-ayrı rayon təşkilatlarının məlumatları dinlənilir. A. Hacılı Divanda seçki strategiyasının müəyyənləşməsi ilə əlaqədar müzakirələrin başladığını və Məclisin növbəti iclasına kimi davam edəcəyini də açıqlayıb: “Məclisdə ətraflı müzakirələrin aparılması və bəzi konkret qərarların qəbul olunması gözlənilir. Divanın iclaslarında bir sıra təkliflər irəli sürülüb. Ümumi əhval-ruhiyyə ondan ibarətdir ki, partiya rəhbərliyi seçkilərdə iştiraka və İsa Qəmbərin namizədliyinin irəli sürülməsinə meylli görünür”. A. Hacılı Məclisin yığıncağının sentyabrın sonu, oktyabrın əvvəllərində keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR