Bank Of Baku

Sabir Rüstəmxanlı İranda türklərə qarşı yönələn diskriminasiya siyasətinə etiraz olaraq, Milli Məclisin Azərbaycan-İran Dostluq qrupundan çıxıb

Sabir Rüstəmxanlı İranda türklərə qarşı yönələn diskriminasiya siyasətinə etiraz olaraq, Milli Məclisin Azərbaycan-İran Dostluq qrupundan çıxıb
# 18 sentyabr 2007 14:57 (UTC +04:00)
“Özünü Azərbaycan xalqının problemləri ilə məşğul olan kimi cəmiyyətə təqdim edən bəzi müxalifət partiyalar Güney Azərbaycanda, o cümlədən İranda yaşayan türklərin hüquqlarının qorunması üçün heç bir fəaliyyət göstərmir”. Bu sözləri APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, həmin partiyalar nəzarətlərində olan qəzetlərin əsas səhifələrində şou materiallarına yer verdikləri halda, milyonlarla türkün problemi haqda bir cümlə belə yazmaq istəmirlər: “Azərbaycanda beynəlxalq hüquq normalarından danışan şəxslər İran türklərinin pozulan haqları haqda bir dəfə də olsun, beynəlxalq qurumlara müraciət etməyiblər. Əksinə, İran və digər dövlətlərin səfirlikləri ilə isti münasibət qurmağa çalışırlar”. S. Rüstəmxanlı İranda türklərə qarşı yönələn diskriminasiya siyasətinə etiraz olaraq, Milli Məclisin Azərbaycan-İran Dostluq qrupundan çıxdığını da deyib: “İranda türklərə məxsus bütün abidələr və mədəniyyət nümunələri fars adı ilə təqdim edilir. Əsas göstərilir ki, ölkədə hamı şiə-müsəlmanıdır. İran türklərinə qarşı olan bu münasibət Azərbaycan cəmiyyəti tərəfindən cavabsız qalmamalı və bütün partiyalar mübarizə aparmalıdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR