Bank Of Baku

Aleksandr Yakuşin: “Məqsəd amerikalı hərbçilərə Qəbələ RLS-in texniki imkanlarını və parametrlərini nümayiş etdirmək idi”

Aleksandr Yakuşin: “Məqsəd amerikalı hərbçilərə Qəbələ RLS-in texniki imkanlarını və parametrlərini nümayiş etdirmək idi”
# 18 sentyabr 2007 16:32 (UTC +04:00)
Brifinqdə çıxış edən Rusiya Kosmik Qoşunlarının qərargah rəisinin müavini, general-mayor Aleksandr Yakuşin bildirib ki, məsləhətləşmələrdə məqsəd amerikalı hərbçilərə Qəbələ RLS-in texniki imkanlarını və parametrlərini nümayiş etdirmək olub: “Qəbələ radiolokasiya stansiyasının döyüş hazırlığı yüksək səviyyədədir. Biz ABŞ-dan olan həmkarlarımıza stansiyanın modernləşdirilməsi və istifadəsi perspektivlərini nümayiş etdirdik, onların bütün suallarına cavab verdik, bu sahədə dövlətlərimizin əməkdaşlığı üçün baza yaratdıq. İnanıram ki, ABŞ və Rusiya ekspertlərinin oktyabrda keçiriləcək ikitərəfli görüşü bundan da səmərəli olacaq”. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Hərbi-Hava Qüvvələrinin komandanı, general Rail Rzayev isə Qəbələ radiolokasiya stansiyasının Azərbaycana məxsus olduğunu və Rusiyaya icarəyə verildiyini qeyd edib: “Bu gün heç bir sənəd və ya saziş imzalanmadı. Sadəcə, ekspertlərin görüşü keçirildi”. Brifinqdə çıxış edən ABŞ ekspertlər qrupunun rəhbəri, briqada generalı Patrik Onelli Qəbələ RLS-lə tanışlıq imkanının yaradılmasına görə rus və azərbaycanlı həmkarlarına təşəkkürünü bildirib. O, dünya dövlətlərinin yeni strateji mühitdə yaşadığını, bu amilin müxtəlif təhlükələrin qarşısını almaq üçün əməkdaşlığı zəruri etdiyini bildirib. Səfərdən sonra hazırlanacaq təkliflər ABŞ və Rusiyanın xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında keçiriləcək görüşündə müzakirə olunacaq. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR