Bank Of Baku

ABŞ generalı Patrik Onelli: “Qəbələ RLS-dən birgə istifadəyə dair Rusiyanın təklifi ilə bağlı Azərbaycan hökuməti ilə yaxından əməkdaşlıq edəcəyik”

ABŞ generalı Patrik Onelli: “Qəbələ RLS-dən birgə istifadəyə dair Rusiyanın təklifi ilə bağlı Azərbaycan hökuməti ilə yaxından əməkdaşlıq edəcəyik”
# 18 sentyabr 2007 15:37 (UTC +04:00)
APA-nın hazırda Qəbələ RLS-də olan əməkdaşının verdiyi məlumata görə, bu fikirlər radiolokasiya stansiyasına səfər edən ABŞ ekspertlər qrupunun rəhbəri, Pentaqonun tərkibində fəaliyyət göstərən Raketdə Müdafiə Agentliyinin direktor müavini, briqada generalı Patrik Onelliyə məxsusdur. O, səfərin nəticəsi olaraq heç bir sazişin imzalanmadığını vurğulayıb: “Qəbələ RLS-dən birgə istifadə ilə bağlı Rusiyanın təklifinə dair Azərbaycan hökuməti ilə yaxından əməkdaşlıq edəcəyik. Bu gün keçirilən müzakirələr informativ xarakter daşıyır. Qəbələ RLS-in texniki imkanları və parametrləri barədə dolğun informasiya topladıq. Biz bu səfərlə bağlı ABŞ rəhbərliyinə məruzə hazırlayacağıq”. Üçtərəfli ekspert qrupunun Qəbələ RLS-ə əlavə səfəri ilə bağlı müzakirələr aparılmadığını deyən amerikalı general Rusiyadan olan həmkarlarını ABŞ-ın Raket Əleyhinə Müdafiə Sistemləri olan obyektlərə dəvət etdiklərini söyləyib: “Gələn həftə bizdə raketlər sınaqdan keçiriləcək. Biz rus həmkarlarımızı bu sınaqlarda da iştirak etməyə dəvət edirik”. Amerikalı generalın sözlərinə görə, rusiyalı hərbçilər təklifi razılıqla qarşılayıblar. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR