Bank Of Baku

Almaniyada milli azlıqların beynəlxalq festivalı keçirilib

Almaniyada milli azlıqların beynəlxalq festivalı keçirilib
# 18 sentyabr 2007 15:55 (UTC +04:00)
Sentyabrın 16-da Almaniyanın Mayns şəhərində milli azlıqların beynəlxalq festivalı keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mayns şəhər bələdiyyəsinin təşkil etdiyi festivalda ölkəmizi Mayns-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib. Tədbirdə bir sıra ölkələrin Almaniyadakı səfirliklərinin, beynəlxalq qurumların, insan hüquqlarını müdafiə təşkilatlarının, diaspora təşkilatlarının nümayəndələri, Mayns şəhərinin bələdiyyə başçısı Yens Boytel, Türkiyənin Maynsdakı baş konsulu iştirak edib. Mayns şəhərinin "Domplatz" meydanında yerləşdirilən Azərbaycan stendinin və tanıtma çadırının açılışı meydanın mərkəzində Azərbaycan bayrağının qaldırılması ilə başlanıb. Çadırda Azərbaycan mədəniyyətini, tarixini və bugünkü reallıqlarını əks etdirən kitablar, jurnallar və CD-lər, Azərbaycan haqqında hazırlanan məlumat vərəqələri paylanıb. Tədbirin sonunda Mayns bələdiyyəsinin mədəniyyət işləri üzrə nümayəndəsi bildirib ki, 2008-ci ildə keçiriləcək festivalda Azərbaycan icmasının iştirakı çox vacibdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR