Bank Of Baku

Dağıstan Daxili İşlər Nazirliyi: “"Abduraxman" ləqəbli Nəbi Abdulla oğlu Nəbiyev Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub”

Dağıstan Daxili İşlər Nazirliyi: “"Abduraxman" ləqəbli Nəbi Abdulla oğlu Nəbiyev Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub”
# 18 sentyabr 2007 16:54 (UTC +04:00)
Bunu APA-nın Dağıstan bürosuna bu respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Mark Toçinski deyib. Onun sözlərinə görə, 1975-ci il təvəllüdlü "Abduraxman" ləqəbli N. Nəbiyevin Azərbaycanın Zaqatala rayonunda doğulması barədə məlumatlar var: “Antiterror əməliyyatı zamanı sağ qalan və həbs edilən iki terrorçu Nəbi Nəbiyevin əlaqələri barədə müəyyən məlumatlar verib. Onlardan və digərlərindən alınan əməliyyat məlumatları bu şəxsin Zaqataladan olduğunu deməyə imkan verir. Bu qruplaşmanın bəzi Şərq ölkələri ilə də əlaqə saxladığı təsdiqlənib”. M. Toçinski Nəbi Nəbiyevin Zaqatala rayonundan çoxdan çıxdığını, başqa yerdə qeydiyyatda olduğunu da istisna etməyib.
APA-nın Dağıstan bürosunun "Nəbi Nəbiyevin axtarışda olması ilə əlaqədar Azərbaycan tərəfi məlumatlandırılıbmı ?" sualını mətbuat xidmətinin sözçüsü “Bu barədə iki respublikanın hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsinin olmadığını güman etmirəm” deyə cavablandırıb.
Azərbaycanın Zaqatala, Balakən və Qax rayonlarının Polis Şöbələrinin rəisləri isə APA-nın yerli bürosuna bu rayonlarda Nəbi Nəbiyev adlı şəxsin axtarışda olmadığını deyiblər.
Qeyd edək ki, Dağıstanın tanınan mücahidlərindən olan Rəbbani Xəlilov dünən aparılan antiterror əməliyyatları zamanı öldürülüb. Onunla birlikdə köməkçisi Nəbi Nəbiyev də öldürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR