Bank Of Baku

Amerikalı general Henri Oberinq: “Qəbələ RLS Çexiyada quraşdıracağımız raket hücumundan müdafiə kompleksini əvəzləyə bilməz”

Amerikalı general Henri Oberinq: “Qəbələ RLS Çexiyada quraşdıracağımız raket hücumundan müdafiə kompleksini əvəzləyə bilməz”
# 19 sentyabr 2007 08:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla ABŞ Raket Hücumundan Müdafiə Agentliyinin rəhbəri, general-leytenant Henri Oberinq çıxış edib. Qəbələ RLS-ə səfər etmiş amerikalı ekspertlərin rəyini dəyərləndirən Henri Oberinq bildirib ki, Azərbaycandakı stansiya geniş müşahidə bucağına malikdir: “Bu stansiya raket hücumu ilə bağlı daha erkən xəbərdarlıq etmək baxımından əvəzsizdir. Çexiyada quraşdırılacaq stansiya kiçik müşahidə bucağına malik olsa da, daha dəqiqdir. Ayrı-ayrı raketlərin izlənməsi üçün isə böyük dəqiqlik tələb olunur”. Amerikalı general Rusiyaya Qəbələ RLS-i ABŞ-ın Mərkəzi Avropadakı raket hücumundan müdafiə sisteminin elementinə çevirməyi təklif edib. Onun fikrincə, Çexiya və Polşadakı raket hücumundan müdafiə sistemi Qəbələ RLS-in köməyi ilə İranın endirəcəyi raket zərbələrindən xəbərdar ola bilər: “Amma mən bu təklifimizin ruslar tərəfindən qəbul olunacağını bilmirəm”. Qeyd edək ki, dünən ABŞ, Rusiya və Azərbaycan ekspertləri Qəbələ RLS-ə səfər ediblər. Stansiyanın imkanlarını dəyərləndirən ekspertlər təkliflərini hazırlayaraq öz ölkələrinin rəhbərlərinə təqdim edəcəklər. Bu təkliflərin Moskvada ABŞ və Rusiya xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında keçiriləcək görüşündə müzakirə olunacaq. Qeyd edək ki, bu, amerikalı ekspertlərin Qəbələ radiolokasiya stansiyasına ilk səfəri idi. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR