Bank Of Baku

Azərbaycan Milli Məclisin İnsan haqları daimi komissiyasının üzvləri həbsxanalara baxış keçirəcəklər

Azərbaycan Milli Məclisin İnsan haqları daimi komissiyasının üzvləri həbsxanalara baxış keçirəcəklər
# 19 sentyabr 2007 09:51 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova məlumat verib. Komissiya sədri oktyabrın əvvəllərindən başlayaraq ölkə ərazisindəki əksər həbsxanalara, o cümlədən istintaq təcridxanalarına baxış keçirəcəklərini deyib. R. Aslanova həbsxanalara baxışın Milli Məclisin birinci oxunuşundan keçən “Şübhəli şəxslərin və təcridxanalarda olan insanların hüquqlarının qorunması haqqında” qanunun daha təkmil hazırlanmasına kömək edəcəyini söyləyib. Onun sözlərinə görə, həbsxanalara baş çəkərkən mövcud durumu öyrənməklə yanaşı, bir neçə ay əvvəl imzalanan Amnistiya aktının hansı səviyyədə yerinə yetirilməsi ilə də maraqlanacaqlar. R. Aslanova həbsxanalara baxış çərçivəsində Qobustan qapalı həbsxanasında olacaqlarını, orada aclıq aksiyası keçirən “ömürlük məhbuslar”la da görüşəcəklərini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR