Bank Of Baku

Sərdar Cəlaloğlu ona işgəncə vermiş şəxslərin hər biri ilə bağlı ayrı-ayrılıqda iddia qaldıracaq

Sərdar Cəlaloğlu ona işgəncə vermiş şəxslərin hər biri ilə bağlı ayrı-ayrılıqda iddia qaldıracaq
# 19 sentyabr 2007 10:19 (UTC +04:00)
“Avropa Məhkəməsinin qəbul etdiyi qərar əsasında haqqımda qəbul edilmiş məhkəmə qərarlarının ləğvi ilə bağlı Ali Məhkəmənin Plenumunun qətnaməsi məni qane edir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Prosesin davam etdiriləcəyini bildirən partiya sədri ona işgəncə vermiş hüquq-mühafizə orqanlarının əməkdaşları, barəsində ədalətsiz qərarlar çıxarmış hakimlər, saxta tibbi rəy hazırlamış ekspertlərlə bağlı ayrı-ayrılıqda iddia qaldıracağını, bu faktı gizlədən, saxtalaşdıran şəxslərin qanun qarşısında cavab verməsinə çalışacağını qeyd edib. Partiya sədri Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin o vaxtkı rəisi Vilayət Eyvazov, idarənin şöbə müdirinin o vaxtkı müavini Səməd Cəfərov, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin keçmiş rəisi Tahir Kazımov, idarənin müstəntiqi Müstəcəb Əliyev, hakimlər Mansur İbayev, Gülnarə Tağızadə və Abdulla İsgəndərovla bağlı ayrı-ayrılıqda iddia qaldırılacağını deyib: “Adıçəkilən şəxslər qeyri-qanuni addımlar atdıqlarına görə məsuliyyətə cəlb olunmalıdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR