Bank Of Baku

İlqar Qasımov: “Barəmdə yazılanları oxuduqda nağıllar aləminə səyahət edirəm”

İlqar Qasımov: “Barəmdə yazılanları oxuduqda nağıllar aləminə səyahət edirəm”
# 19 sentyabr 2007 10:29 (UTC +04:00)
“Barəmdə yazılanları oxuduqda adam nağıllar aləminə səyahət edir. Azərbaycan Yolu Siyasi Hərəkatı fəaliyyətini əvvəlki kimi davam etdirir və mən Bakıdayam, heç yerə getmək fikrim də yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımov deyib. İ. Qasımov bildirib ki, hərəkat daxilində onun əleyhinə heç bir kampaniya aparılmır və ümumiyyətlə, qəzetlərdə yazılanlar tam əsassızdır. AYSH sədri ona ünvanlanan hücumları təbii qarşıladığını söyləyib: “Təşkilatın fəaliyyətinin genişlənməsi bəzi müxalifət partiyalarını narahat edir. Həmin qəzetlərin və bu informasiyaları yazan adamların uydurmasına görə, mən indi Azərbaycanı tərk etməliydim. Təəssüf ki, Azərbaycanda bu cür dilənçiliklə məşğul olan mətbuat orqanları var. Mən onları dilənçiliklə məşğul olmamağa çağırıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR