Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı daxili işlər nazirinə və baş prokurora müraciət edib

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı daxili işlər nazirinə və baş prokurora müraciət edib
# 19 sentyabr 2007 10:30 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə R. Usubov və Z. Qaralovdan evdən çıxmasına imkan verilməməsinə açıqlama gətirilməsi istənilib: “Artıq iki gündür yaşadığım evimin qarşısında qeyri-rəsmi şəkildə polis postu qoyulub. Mülki geyimli polis əməkdaşları evdən çıxmağıma imkan yaratmır və bununla da mənim konstitusion hüquqlarım pozulur. Sentyabrın 17-də isə polis tərəfindən evimin qarşısında tutularaq, 10 saata yaxın Xətai Rayon Polis İdarəsində saxlanılmışam. Son iki həftə ərzində dəfələrlə polis tərəfindən konkret səbəb göstərilmədən Nərimanov Rayon Polis İdarəsinə çağırılmışam. Qarabağ Azadlıq Təşkilatının qərargahı isə iki dəfə polis tərəfindən hücuma məruz qalıb. Mətbuat vasitəsilə bütün bu baş verənlərə aydınlıq gətirilməsini tələb edirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR