Bank Of Baku

AVCİYA-nın nümayəndə heyəti Vaşinqtonun Milli Mətbuat Mərkəzində mətbuat konfransı keçirib

AVCİYA-nın nümayəndə heyəti Vaşinqtonun Milli Mətbuat Mərkəzində mətbuat konfransı keçirib
# 19 sentyabr 2007 10:35 (UTC +04:00)
ABŞ-da səfərdə olan AVCİYA-nın nümayəndə heyəti Vaşinqtonun Milli Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. AVCİYA-dan APA-ya daxil olan məlumata görə, tədbirdə nümayəndə heyətinin üzvləri assosiasiya və səfərin məqsədi barədə mətbuat nümayəndələrinə məlumat veriblər. Azərbaycanın QHT nümayəndələri ölkədəki demokratik inkişaf barədə ekspert rəylərini səsləndirib, mətbuatı maraqlandıran suallara cavab veriblər. Mətbuat konfransında həmçinin assosiasiyanın yenicə nəşrinə başladığı “Today and Tomorrow. Azerbaijan in Focus” jurnalının təqdimatı keçirilib. AVCİYA-nın Xocalı soyqırımı ilə bağlı kitablarının təqdimatı da böyük marağa səbəb olub. AVCİYA-nın nümayəndə heyəti səfər çərçivəsində Amerika Vətəndaş Azadlıqları İttifaqı Fondunda da görüş keçirib. Fondun “Milli məhbus layihəsi”nin rəhbəri Amy Fəttig nümayəndə heyətinin üzvlərini təşkilatın fəaliyyəti ilə tanış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR