Bank Of Baku

Kori Velt: “ABS çətin vaxtlarında həmişə Azərbaycanın onun yanında olmasını nəzərə almalıdır”

Kori Velt: “ABS çətin vaxtlarında həmişə Azərbaycanın onun yanında olmasını nəzərə almalıdır”
# 19 sentyabr 2007 10:36 (UTC +04:00)
ABŞ-da səfərdə olan AVCİYA-nın nümayəndə heyəti ABŞ-ın Strateji və Beynəlxalq Təlimlər Mərkəzində görüş keçirib. AVCİYA-dan APA-ya daxil olan məlumata görə, mərkəzin Rusiya və Avroasiya proqramları üzrə direktor müavini Kori Velt təşkilatın işi ilə bağlı nümayəndə həyətini məlumatlandırıb. Görüşdə Qarabağ məsələsinə toxunan analitik ABŞ-ın çətin vaxtlarında Azərbaycanın həmişə onun yanında olmasını nəzərə almalı olduğunu və bu münaqişə ilə bağlı Amerikanın maraqlarına uyğun qərarlar qəbul etməsini xüsusi ilə vurğulayıb. Görüşdə həmçinin AVCİYA-nın ekspertləri ilə Kori Veltə işğal olunmuş ərazilərin nəzarətsiz ərazilər kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması, İran-Azərbaycan sərhədinin Azərbaycanın nəzarətində olmayan hissəsində Azərbaycan və beynəlxalq qüvvələrin nəzarətinin bərpa edilməsi, bununla da narkotrafikinqin qarşını alınması məsələləri müzakirə edilib. Görüş nəticəsində əməkdaşlıq haqqında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, ABŞ-ın Strateji və Beynəlxalq Təlimlər Mərkəzi bir sıra dövlət orqanları üçün analitik hesabatlar hazırlayan qurumdur və son illər Qafqaz regionunda da araşdırmalar aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR