Analiz: “Qəbələ RLS diplomatiyası”nın rəsmi sonu
Qəbələ RLS-in imkanlarını dəyərləndirən amerikalı ekspertlər bu obyektin Polşa və Çexiyada quraşdırılacaq yeni kompleksi əvəzləməyəcəyi qənaətinə gəliblər və bunu açıq şəkildə bəyan ediblər. Bu yanaşma stansiyadan birgə istifadəyə dair Rusiyanın təklifinə rəsmi rədd cavabı verilməsi deməkdir. Əslində, ABŞ-ın dünyanın ən böyük analoji obyekti olan Qəbələ RLS-in imkanları barədə məlumatsız olduğunu düşünmək absurddur. Qəbələ RLS-ə edilən səfər, sadəcə, Rusiyanın başladığı “Qəbələ RLS diplomatiyası” prosedurunu başa çatdırmaq məqsədi daşıyırdı. Bu baxımdan istər məsləhətləşmələrdən dərhal ABŞ nümayəndə heyətinin rəhbəri Patrik Onellinin, istərsə ekspertlərin ilkin rəyi ilə tanış olan ABŞ Raket Hücumundan Müdafiə Agentliyinin rəhbəri Henri Oberinqin açıqlamalarında gözlənilməz heç nə yoxdur.
Şərqi Avropada yeni raket hücumundan müdafiə (RHM) kompleksi quraşdırmaq ABŞ-ın strateji planlarına daxildir və burada Vaşinqtonun əsas məqsədi təkcə İrandan qaynaqlanan raket hücumu təhlükəsini önləməklə məhdudlaşmır. Vaşinqtonun hədəflərindən biri də Avropa qitəsində RHM sistemini təkmilləşdirmək və bu sistemin əhatə dairəsinə Rusiyanı maksimum daxil etməkdir. ABŞ-ın bu taktikasının daha çox İrana, yoxsa Rusiyaya qarşı yönəldiyinə dair sualı birmənalı şəkildə belə cavablandırmaq mümkündür: Şərqi Avropada quraşdırılacaq raket hücumundan müdafiə sistemi taktiki planda İrandan, strateji və perspektiv planda Rusiyaya qaynaqlanan təhlükələri önləmək məqsədi daşıyır. Bu baxımdan Rusiyanın Qəbələ RLS-i amerikalılara birgə istifadə etmək təklifinin əsasında da İrandan gələn təhlükəni önləməkdə Vaşinqtona yardım etmək yox, öz təhlükəsizlik maraqlarına qarşı yönəlmiş təhdidləri zərərsizləşdirmək məqsədi dayanır. Səslənən təklifə ABŞ-ın hansı reaksiya verəcəyini proqnozlaşdırmaq çətin deyildi, bu səbəbdən dünən gerçəkləşən səfərlə “Qəbələ RLS diplomatiyası”na rəsmi olaraq nöqtə qoyulduğunu söyləmək olar.
ABŞ-ın bütün zəruri prosedurları həyata keçirdikdən sonra ruslara rədd cavabı verməsinin nəticələri başqa mövzunun söhbətidir. Səfərin yeganə gözlənilməz nəticəsi ABŞ-ın Qəbələ RLS-ə marağının artmasıdır. Bu marağın artmasını amerikalı hərbçilərin açıqlamalarından açıq şəkildə hiss etmək olar. Amerikalı generallar Henri Oberinq və Patrik Onelli Qəbələ RLS-i ABŞ-ın RHM sisteminin elementi kimi görmək istədiklərini, bununla bağlı hazırda obyektin icarədarı olan Rusiyaya rəsmi təklif göndərdiklərini bildiriblər. ABŞ-ın Qəbələ RLS-ə marağının artması bu obyektin konkret texniki imkanının müşahidə sahəsinin kifayət qədər geniş olması ilə əlaqədardır. ABŞ bu stansiyanın imkanlarından yaralanmaqla, maraqları üçün kifayət qədər həssas bölgə olan Yaxın Şərqdə raket hücumlarını daha dəqiq nəzarətdə saxlamaq imkanı qazana bilər. Pentaqon Qəbələ RLS-in müşahidə bucağının geniş olmasından raketlərin atılması anını müəyyənləşdirmə və onların hərəkət trayektoriyasını izləmək, Şərqi Avropada quraşdırılan sistem vasitəsilə ilə həmin raketləri zərərsizləşdirmək niyyətindədir. Təbii ki, indiki situasiyada Vaşinqtonun Qəbələ RLS-i öz RHM sisteminin elementinə çevirməsi ehtimalı çox azdır obyekt Rusiya tərəfindən icarəyə götürülüb. Lakin yaxın perspektivdə Vaşinqtona bu imkanı qazandıra biləcək ehtimallar artmaqdadır. Rusiyanın 2012-ci ildə icarə müddəti başa çatan Qəbələ RLS-dən imtinası mümkündür və bunu Rusiya Kosmik Qoşunlarının komandanı, general-polkovnik Vladimir Popovkin öz bəyanatında etiraf edib. Rusiya cənub sərhədləri boyunca daha müasir standartlara uyğun RLS sistemi (Armavir) quraşdırır və bu səbəbdən çox güman ki, yaxın illərdə Qəbələdəki stansiyaya ehtiyac duymayacaq. Bu amili dəyərləndirən Pentaqon təmsilçiləri əvvəlki dövrdən fərqli olaraq Qəbələ RLS-i öz PHM sisteminin elementi kimi görmək istədiklərini gizlətmirlər. Bu mənada stansiyanın icarə müddətinin başa çatması yaxınlaşdıqca, Azərbaycanın xüsusi çəkisinin ABŞ-ın nəzərində daha da artacağı istisna deyil. /APA-ANALİTİKA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir
“Rosatom” Buşehr AES-ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır
Pekində təyyarə hündürlüyü 528 metr olan göydələnə çırpılıb - VİDEO
İsrailin müdafiə naziri İranı hədələyib: Heç nə bizi dayandıra bilməz
Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Lukaşenko Putinlə görüşmək üçün Rusiyaya gedib
Rusiya XİN vətəndaşlarına Moldovaya səfərdən çəkinməyi tövsiyə edib
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub
“Kristal” “City Garden Narimanov” layihəsində yeni mərhələni satışa təqdim etdi - Faizsiz kredit və ipoteka imkanları!
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub - ANONS
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ