Bank Of Baku

Rəbbani Xəlilovun Dağıstanda öldürülən köməkçisi Nəbi Nəbiyevin atası: “Nəbi Zaqatalanı 90-cı illərin ortalarından tərk edib, o vaxtdan Azərbaycanla, həmçinin ailəmizlə heç bir əlaqəsi olmayıb”

Rəbbani Xəlilovun Dağıstanda öldürülən köməkçisi Nəbi Nəbiyevin atası: “Nəbi Zaqatalanı 90-cı illərin ortalarından tərk edib, o vaxtdan Azərbaycanla, həmçinin ailəmizlə heç bir əlaqəsi olmayıb”
# 19 sentyabr 2007 11:15 (UTC +04:00)
Hazırda Zaqatala şəhərində yaşayan A. Nəbiyev altı övladı olduğunu, Nəbinin isə ailəni çoxdan tərk etdiyini bildirib: “ Nəbi əsgər gedəndən sonra bir daha evə dönməyib. Onun harada olması barədə bizdə heç bir məlumat olmayıb. O, ailə ilə, qohum-tanışlarla heç bir əlaqə saxlamayıb. Biz çox çalışsaq da, onunla bağlı heç bir məlumat əldə edə bilməmişik. O, özü də bizi axtarmayıb. Mən onun hara, nə üçün getdiyini bilmirəm”. Atasının bildirdiyinə görə, onlar saxur xalqının nümayəndələridir.
Qeyd edək ki, N. Nəbiyev bu il sentyabrın 17-də Qızılyurdda keçirilən antiterror əməliyyatı zamanı məşhur mücahid Rəbbani Xəlilovla birlikdə öldürülüb. Dağıstanın güc strukturları “Abdurraxman” ləqəbli Nəbi Nəbiyevin Azərbaycanın Zaqatala rayon sakini olduğu barədə informasiyalar yayıblar. Bu məlumatı APA-nın Dağıstan bürosuna müsahibəsində bu respublikanın Daxili İşlər Nazirliyi mətbuat xidməti idarəsinin rəis müavini Mark Toçinski də təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR