Bank Of Baku

Sərdar Cəlaloğlu: “Eyni qaydada mən də deyirəm ki, “Azadlıq” bloku müxalifət deyil, yığışıb dağılışırlar, heç bir müxalif mövqeləri yoxdur”

Sərdar Cəlaloğlu: “Eyni qaydada mən də deyirəm ki, “Azadlıq” bloku müxalifət deyil, yığışıb dağılışırlar, heç bir müxalif mövqeləri yoxdur”
# 19 sentyabr 2007 11:22 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Birlik Hərəkatının (MBH) lideri Lalə Şövkətin onu müxalifət hesab etməməsi ilə bağlı ittihamına münasibət bildirərkən deyib. Hazırda konstruktiv müxalifət olmasına baxmayaraq, ADP-nin iqtidarın neqativ fəaliyyəti ilə bağlı tənqidinin Lalə Şövkətin söylədiklərindən qat-qat radikal olduğunu deyən S. Cəlaloğlu mitinq-piket məsələsində hər iki tərəfin eyni mövqe nümayiş etdirdiyini vurğulayıb: “O həmin Lalə Şövkətdir ki, vaxtilə prezident İlham Əliyevi öz oğlu kimi istədiyini deyirdi. Onda biz deməliydik ki, sən müxalifət deyilsən?! Ötən seçkilərdə Lalə xanım bu hakimiyyətlə bağlı ən isti sözlər işlədib. Biz bunu normal dəyərləndirib, münasibətlərin yumşaldılması, sivil müstəviyə gətirilməsi üçün Lalə Şövkətin uzaqgörən bəyanatları kimi qiymətləndiririk. Həmin vaxt mən də “onlar satılıb, xəyanət edib” kimi ifadələr işlədə bilərdim. Ondan yüz dəfə kəskin ollan fikirlər bildirmişəm, amma onların düşüncəsinə görə, bu, müxalifətdən getmək hesab olunur”. S. Cəlaloğlunun ad almaq uğrunda vuruşmadığını qeyd edib: “Müxalifətçilik nə ad, nə də tituldur, onu hansısa idarədə də vermirlər. Kiminsə müxalifətdə qalması da elə bir böyük iş deyil. Eyni qaydada mən də deyirəm ki, “Azadlıq” bloku müxalifət deyil, yığışıb dağılışırlar, heç bir müxalif mövqeləri yoxdur. Amma belə şeylərin mənası yoxdur. Guya mən müxalifət uğrunda mübarizə aparanda kimsə məni müxalifət hesab etmirsə bununla nə ititrirəm?! Mənim mövqeyim budur, bu onların xoşuna gələ də bilər, gəlməyə də. Bütün addımlara tarix qiymət verir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR