Bank Of Baku

Araz Əzimov: “ATƏT-in Minsk Qrupu ilə aparılan danışıqlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakına baxıla bilər”

Araz Əzimov: “ATƏT-in Minsk Qrupu ilə aparılan danışıqlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakına baxıla bilər”
# 19 sentyabr 2007 16:03 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son durumu xarakterizə edən A. Əzimov bildirib ki, dünya ictimaiyyətinin mövqeyi getdikcə Azərbaycanın mövqeyinə doğru inkişaf edir: “Danışıqların inkişafı Praqa prosesi çərçivəsində davam edir və bu, münaqişənin həlli üçün zəmin yaradır. Biz Ermənistanın mövqeyində dönüş yaranacağını gözləyirik”. Bununla yanaşı, azərbaycanlı diplomat hesab edir ki, Ermənistandakı prezident seçkilərinə qədər situasiyanın ciddi şəkildə dəyişəcəyinə inanmaq düzgün olmazdı. Onun fikrincə, 2008-ci ildə vəziyyət indikindən fərqlənəcək. A. Əzimov prezidentlərin növbəti görüşü haqda danışmağın hələ tez olduğunu da söyləyib. Nazir müavini deyib ki, hazırda Azərbaycan və Ermənistan nümayəndələrinin növbəti görüşünə dair razılıq yoxdur, eyni zamanda bundan imtina edən də yoxdur. A. Əzimov Dağlıq Qarabağda yaşamış azərbaycanlıların öz yurdlarına qayıtmasının Azərbaycan üçün prinsipial məsələlərdən biri olduğunu vurğulayıb. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR