Bank Of Baku

AMİP-in piket keçirməsinə icazə verilməyib

AMİP-in piket keçirməsinə icazə verilməyib
# 19 sentyabr 2007 11:27 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sentyabrın 20-də Füzuli meydanında piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün şəhər rəhbərliyindən partiyaya cavab məktubu daxil olub. Füzuli meydanının yaxınlığında Xarici İşlər Nazirliyinin yerləşdiyini və meydanın ətrafının insanların istirahət etdiyi ərazi olduğunu bildirən şəhər rəhbərliyi burada aksiya keçirilməsini məqsədəuyğun saymayıb. AMİP razılaşdırılmamış aksiyanın keçirilib-keçirilməməsi ilə bağlı hələlik qərar qəbul etməyib.
Qeyd edək ki, hökumətin sosial-iqtisadi siyasətinə etiraz olaraq AMİP sentyabrın 20-də saat 13.00-dan 13.30-a kimi Füzuli meydanında piket keçirmək barədə qərar qəbul etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR