Bank Of Baku

Azərbaycan kommunistləri oktyabr ayında qurultay keçirmək niyyətindədir

Azərbaycan kommunistləri oktyabr ayında qurultay keçirmək niyyətindədir
# 19 sentyabr 2007 11:30 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) 37-ci qurultayının 2007-ci il oktyabrın 14-də keçirilməsi nəzərdə tutulub. AKP Mərkəzi Komitəsinin sədr müavini Rüstəm Şahsuvarov APA-ya açıqlamasında bildirib ki, bu məsələ AKP MK-nın sentyabrın 22-də keçiriləcək Plenumunda müzakirəyə çıxarılacaq. O, qurultayın bu tarixdə keçirilməsinin qarşısını alacaq heç bir problemin olmadığını vurğulayıb: “Qurultayda partiyada baş verən bütün neqativ halları aradan qaldırmaq üçün addımlar atılacaq. Partiyanın növbəti illər üçün fəaliyyət istiqamətləri müəyyənləşəcək və ciddi struktur dəyişiklikləri olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR