Bank Of Baku

Akif Nağı: “Azərbaycan müxalifətinin ermənilərə sərf edən mövqe nümayiş etdirməsini pisləyirəm və bu məsələyə aydınlıq gətirmələrini tələb edirəm”

Akif Nağı: “Azərbaycan müxalifətinin ermənilərə sərf edən mövqe nümayiş etdirməsini pisləyirəm və bu məsələyə aydınlıq gətirmələrini tələb edirəm”
# 19 sentyabr 2007 11:32 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı APA-ya bildirib ki, müxalifətin Qarabağ məsələsi ilə bağlı mövqeyi anlaşılmazdır, bu məsələlərə aydınlıq gətirilməlidir. Müxalifət partiyalarının baş verənlərlə bağlı mövqeyini pisləyən A. Nağı bu qurumları müşahidəçi mövqedən çəkilməyə çağırıb: “İqtidarı anlayıram və baş verənlərə görə onları ittiham edirəm. Amma müxalifətin mövqeyi mənə aydın deyil. Müxalifət partiyaları Qarabağ məsələsinə biganə münasibətdən çəkilməli və milli mövqedən çıxış etməlidir. İki həftədir QAT-a və şəxsən mənə qarşı olan münasibətlə bağlı müxalifət düşərgəsində olan bir partiyadan da səs çıxmır. Onlar QAT sədrinin polis tərəfindən dəfələrlə tutulmasına və ya qeyri-rəsmi şəkildə ev dustağı edilməsinə qarşı çıxmaq əvəzinə, iqtidar rəsmilərinin mövqeyini möhkəmləndirən açıqlamalar verməklə məşğuldurlar. Azərbaycan müxalifətinin ermənilərə sərf edən mövqe nümayiş etdirməsini pisləyirəm və bu məsələyə aydınlıq gətirmələrini tələb edirəm”. O, hüquq müdafiə təşkilatlarının mövqeyini də anlamadığını söyləyib: “Gərək onlara yazılı şəkildə müraciət edək? Niyə indi həbs olunan hansısa rüşvətxor məmuru və ya erməni qəbrini müdafiə edirlər, amma milli mövqe nümayiş etdirən bir şəxsin bir neçə gün ərzində dəfələrlə polis tərəfindən tutulmasına, həmçinin qeyri-rəsmi ev dustağı edilməsinə münasibət bildirmirlər? Mən Qarabağla bağlı təşkilatların və bu haqda forum keçirən ictimai qurumların mövqeyini anlamıram. Biz erməni nazirini, idmançılarını və daha nələrini Bakıya gətirib, onlara xidmət göstəririk. Onlar isə bunun müqabilində Qarabağda və Ermənistanla sərhəd olan təmas xəttində Azərbaycan əsgərlərini öldürülür, əsir götürülür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR