Bank Of Baku

Araz Əzimov: “Stansiyanın yalnız ABŞ-ın istifadəyə verilməsi məsələsi hələlik müzakirə olunmur”

Araz Əzimov: “Stansiyanın yalnız ABŞ-ın istifadəyə verilməsi məsələsi hələlik müzakirə olunmur”
# 19 sentyabr 2007 12:02 (UTC +04:00)
Onun sözlərinə görə, bu şərt Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə imzalanmış müqavilədə də öz əksini tapıb: “Stansiyanın gələcək taleyi hələlik məlum deyil. 2002-ci ildə imzalanmış müqaviləyə əsasən bu stansiya 2012-ci ilə kimi Rusiyanın istifadəsinə verilib. 2012-ci ildən sonra Rusiya bu obyekti icarəyə götürməyəcək və stansiya funksiyasını dayandıracaq. Yaxud ABŞ, Rusiya və Azərbaycan Qəbələ radiolokasiya stansiyasını birgə istifadə edəcək. Stansiyanın yalnız ABŞ-ın istifadəyə verilməsi məsələsi hələlik müzakirə olunmur. İlkin olaraq müəyyənləşdirmək lazımdır ki, bu stansiyanın hansı xeyri ola bilər və obyekt daha geniş sistemin tərkibində necə fəaliyyət göstərə bilər. Qəbələ RLS-in indiki istifadə rejiminin ABŞ raket hücumundan müdafiə sistemindən fərqlənməsi mümkündür. Belə olan halda stansiyanın yenidən qurulması tələb olunur”. Araz Əzimov qeyd edib ki, Azərbaycan ilk növbədə öz təhlükəsizliyi barədə düşünməlidir: “Bu stansiyanın dəyəri olduqca böyükdür. Onun yenidən qurulması da böyük əhəmiyyət daşıyır. Beynəlxalq səviyyədə Qəbələ RLS-in əhəmiyyəti arta və bu stansiyadan daha geniş formatda istifadə oluna bilər. Lakin bu, həm də risk səviyyəsini artırır. Bu stansiyanın gələcəkdə fəaliyyət göstərib-göstərməyəcəyi Rusiyanın digər analoji obyektlərinin fəaliyyətindən də asılıdır. Bəlkə, Qəbələ RLS Rusiyaya ümumiyyətlə lazım olmayacaq və ora yalnız Hollivud filmləri çəkməyə yarayacaq?”. Araz Əzimov İranın Qəbələ radiolokasiya stansiyası ilə bağlı narahatlığını anlamadığını deyib: “İran bizim qonşumuzdur və ölkələrimiz arasında münasibətlər inkişaf edir. Düzdür, bu ölkə ətrafında çətin durum yaransa da, biz ümid edirik ki, problem sülh yolu ilə həll olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR