Bank Of Baku

Ədalət Partiyası iqtidar və müxalifətin birgə mitinq keçirməsini təklif edir

Ədalət Partiyası iqtidar və müxalifətin birgə mitinq keçirməsini təklif edir
# 19 sentyabr 2007 12:30 (UTC +04:00)
Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycandakı ictimai-siyasi təşkilatların vahid mövqedən çıxış etməsi üçün iqtidar və müxalifət olmasından asılı olmayaraq, “Azadlıq” meydanında bütün təşkilatların birgə mitinqinin keçirilməsinə ehtiyac var. Bunu APA-ya açıqlamasında Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib. Ədalət Partiyasının Azərbaycanda həmrəylik yaranması üçün mümkün addımları atacağını deyən M. Rəhimlinin sözlərinə görə, indiki məqamda bu həmrəyliyə ciddi ehtiyac var. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı partiyanın prezident İlham Əliyevin “problemin müharibə yolu ilə həll etməliyik” çağırışının münaqişənin həllinə yanaşmada düzgün və obyektiv mövqe hesab edən M. Rəhimli beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk Qrupunun etinasız, qeyri-obyektiv mövqe tutduğunu qeyd edib: “Bu mövqe torpaqların qaytarılmasında öz gücümüzə arxalanan yolun seçilməsini zərurətə çevirib. Azərbaycandakı bütün ictimai-siyasi qüvvələr hansı mövqedə dayanmasından asılı olmayaraq, prezidentin təklifinə dəstək olaraq birgə mitinq keçirməlidir. Bununla dünya ictimaiyyətinə Dağlıq Qarabağ məsələsində xalqın yekdil olduğunu göstərmiş olarıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR