Bank Of Baku

ADP Dağlıq Qarabağ problemi ilə bağlı hazırladığı konsepsiyanı ATƏT təmsilçisinə göndərib

ADP Dağlıq Qarabağ problemi ilə bağlı hazırladığı konsepsiyanı ATƏT təmsilçisinə göndərib
# 19 sentyabr 2007 12:51 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hazırladığı konsepsiyanı bu gün ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herreroya göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin sonuncu iclasında qəbul edilmiş qərara uyğun olaraq sənədin bir sıra beynəlxalq qurumlara da təqdim edilməsi nəzərdə tutulur. Partiyanın rəhbər orqanlarında bir müddət əvvəl hazırlanmış Dağlıq Qarabağ konfliktinin dinc yolla həllinə dair yeni konsepsiyaya əlavə edilmiş məktubda sənəddə nəzərdə tutulmuş prinsiplərin indiyə kimi təklif olunmayan variantlar olduğu qeyd edilib. ADP rəhbərliyi ATƏT nümayəndəsindən konsepsiyada əksini tapmış fikirlərə və prinsiplərə münasibət bildirməsini xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR