Bank Of Baku

Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov jurnalistlər arasında casus axtarır

Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov jurnalistlər arasında casus axtarır
# 19 sentyabr 2007 14:11 (UTC +04:00)
Separatçı Dağlıq Qarabağ rejiminin Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasının sədri Viktor Köçəryan bu il iyunun 30-da ermənilərin əsir götürdükləri Azərbaycan vətəndaşı Əşrəf Cəfərovu qaytaracaqları ilə bağlı birtərəfli qərar qəbul etdiklərini deyib. Lakin Azərbaycanın müvafiq qurumları hələ bu xəbərə münasibət bildirməyib. APA-nın Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqovdan bununla bağlı məlumat almaq cəhdi nəticəsiz qalıb. Belə ki, F. Sadıqov ənənəsinə sadiq qalaraq, öncə telefonla zəng edən şəxsin özünü “jurnalist kimi təqdim edən casus olması ehtimalını” irəli sürərək, “peşəkarlıq” nümayiş etdirib sualı yazılı şəkildə, həm də agentliyin blankında göndərməyi xahiş edib. Buna da əməl edildikdə faks nömrəsini qaldıran F. Sadıqov “Siz məndən nə istəyirsiniz, mən mətbuatla işləməyəcəyəm” deyərək, qeyri-etik formada dəstəyi atıb.
Qeyd edək ki, F. Sadıqov APA-ya və digər mətbuat orqanlarına qarşı belə “ərköyün” və xüsusi xidmət orqanı əməkdaşına yaraşmayacaq qeyri-peşəkar münasibəti dəfələrlə nümayiş etdirib. O, ölkədə mövcud olan “KİV haqqında” qanun bir yana, adi etik davranış normalarına belə əməl etməyib, jurnalistləri təhqir edir, kobud davranış nümayiş etdirir.
Media Hüquqları İnstitutunun direktoru, hüquqşünas Rəşid Hacılı da APA-ya açıqlamasında Firudin Sadıqovun hərəkətinin Azərbaycan qanunvericiliyinə zidd olduğunu deyib: “”Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən jurnalistin sorğularına cavab verilməlidir. Dövlət orqanları jurnalistin suallarını cavablandırmağa borcludur. Jurnalistin suallarına dərhal cavab verilməlidir. Əgər sual xüsusi olaraq araşdırma tələb edirsə, o zaman bir qədər gec cavab verilə bilər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının borcudur ki, azərbaycanlı əsir barədə hər hansı məlumat yayıldığı halda jurnalistlər ona sual vermədən belə, açıqlama yaysın, qeyd edilən məsələyə münasibət bildirsin. Əgər hər hansı sual ortaya çıxıbsa, o zaman Komissiyanın təmsilçiləri tərəfindən ona cavab verilməlidir. İşçi Qrup rəhbərinin bu hərəkəti öz vəzifə borcunu yerinə yetirməmək sayılır. “Dövlət qulluğu haqqında” qanuna əsasən onun barəsində tədbir görülməlidir. Çünki belə bir hərəkət adı çəkilən Dövlət Komissiyasının ictimai nüfuzuna xələl gətirən haldır. Komissiya öz ictimai nüfuzu haqqında düşünməlidir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR