Bank Of Baku

Berlində “dondurulmuş” münaqişələrə həsr olunmuş dinləmələr keçiriləcək

Berlində “dondurulmuş” münaqişələrə həsr olunmuş dinləmələr keçiriləcək
# 19 sentyabr 2007 14:17 (UTC +04:00)
Bu il noyabrın 5-6-da Almaniyanın paytaxtı Berlində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin təşkilatçılığı ilə “dondurulmuş” münaqişələrə həsr olunmuş dinləmələr keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva məlumat verib. O bildirib ki, dinləmələri Monitorinq Komitəsinin sədri Edvard Lyumber idarə edəcək. Dinləmələrdə Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Moldova xarici işlər nazirlərinin də iştirakı gözlənilir. Toplantıda Avropanın beynəlxalq münasibətlər və konfliktologiya sahəsində aparıcı ekspertləri “dondurulmuş” münaqişələr mövzusunda çıxış edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR