Bank Of Baku

Gültəkin Hacıyeva: “İnsan Haqları üzrə İşçi Qrupun iclası yaxın vaxtlarda keçirilə bilər”

Gültəkin Hacıyeva: “İnsan Haqları üzrə İşçi Qrupun iclası yaxın vaxtlarda keçirilə bilər”
# 19 sentyabr 2007 14:24 (UTC +04:00)
Hakimiyyət nümayəndələrinin və hüquq müdafiəçilərinin birgə təmsil olunduğu İnsan Haqları üzrə İşçi Qrupun yaxın zamanlarda iclasının keçirilməsi gözlənilir. Bu barədə APA-ya İşçi Qrupun üzvü, millət vəkili Gültəkin Hacıyeva məlumat verib. Onun sözlərinə görə, qrupun bəzi üzvləri işgüzar səfərlərdə olduğu üçün indiyə qədər toplantının keçirilməsi mümkün olmayıb. Millət vəkili deyib ki, yaxın günlərdə İşçi Qrup üzvlərinin bir araya gəlməsi mümkündür. İclasda insan haqları ilə bağlı reallığı əks etdirən məsələlərin müzakirəsi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR