Bank Of Baku

Gültəkin Hacıyeva AŞPA sessiyasında məruzə ilə çıxış edəcək

Gültəkin Hacıyeva AŞPA sessiyasında məruzə ilə çıxış edəcək
# 19 sentyabr 2007 14:49 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 1-5-də keçiriləcək sessiyasında azərbaycanlı deputat Gültəkin Hacıyeva Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edəcək. G. Hacıyeva APA-ya açıqlamasında bildirib ki, məruzədə bu mötəbər təşkilatın dünyada miqrasiya meyllərinin istiqamətlənməsi, miqrasiyanın menecmenti ilə bağlı fəaliyyətinə qiymət verilir. Məruzədə Azərbaycanla bağlı məqamların olub-olmadığına dair sualı cavablandıran deputat deyib ki, məruzəni hazırlayarkən imkan daxilində orada Azərbaycanla bağlı məqamları da nəzərə almağa çalışıb: “Məsələn, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanın qədim bölgələrindən olan Naxçıvanda kəhrizlər sisteminin bərpası ilə bağlı çox uğurlu bir layihə həyata keçirib və bunun nəticəsində 24 quyu bərpa olunub. Bu, Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etmiş ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan əhalisinin problemlərini qismən də olsa həll edib. Bu məqamlar məruzədə öz əksini tapıb”. G. Hacıyeva bildirib ki, o, indiyə qədər AŞPA sessiyalarında müzakirə olunan məsələlərlə bağlı məruzə ilə çıxış edən ikinci azərbaycanlı olacaq. İlk məruzəçi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov olub. O Azərbaycan, Gürcüstan və Ermənistanda mədəni irs mövzusunda çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR