Bank Of Baku

50 saylı DSK-nın yeni binasının açılışı olub

50 saylı DSK-nın yeni binasının açılışı olub
# 19 sentyabr 2007 15:17 (UTC +04:00)
Bu gün 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) yeni binasının açılış mərasimi keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni bina müasir standartlara uyğun tikilib və komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb. Açılış mərasimində MSK-nın sədri Məzahir Pənahov da iştirak edib. O, sayca 45-ci DSK-nın yeni binasının açılış mərasiminin keçirildiyini bildirib. M. Pənahov sentyabrın sonuna kimi 10-dan artıq DSK-nın yeni binalarının açılış mərasimlərinin keçiriləcəyini söyləyərək ölkə ərazisindəki 125 DSK-nın hər birinin fəaliyyəti üçün lazımi şəraitin yaradılacağını vurğulayıb.
Qeyd edək ki, 50 saylı DSK Qobustan rayonunun mərkəzi olan Mərəzə qəsəbəsində yerləşir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR