Bank Of Baku

NATO PA rəsmisi: “Azərbaycanın Avropaya inteqrasiyasına və problemlərinin həllinə köməklik göstərməyə hazırıq”

NATO PA rəsmisi: “Azərbaycanın Avropaya inteqrasiyasına və problemlərinin həllinə köməklik göstərməyə hazırıq”
# 19 sentyabr 2007 15:39 (UTC +04:00)
NATO Parlament Assambleyasının (PA) Təhlükəsizliyin Mülki Ölçü Komitəsinin Demokratik İdarəçilik üzrə Alt Komitəsinin üzvləri Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüş keçiriblər. APA-nın məlumatına görə, komissiyanın sədri Səməd Seyidov Azərbaycanın siyasi baxımdan öz qərarını verdiyini bildirib: “Bu qərar Avroatlantik məkana inteqrasiya ilə bağlıdır”. S. Seyidov Azərbaycan Milli Məclisinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb: “Biz ölkədə NATO standartlarını tətbiq etmək istəyirik. Digər tərəfdən, Azərbaycan Avropa enerji təhlükəsizliyi məsələlərində çox böyük rol oynayır. Ona görə də Şimali Atlantika Alyansı ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıyıq”.
Ç. Kazak NATO-nun Cənubi Qafqaz regionuna çox diqqətlə yanaşdığını bildirib: “Ötən illərdə təşkilata üzv olan bütün ölkələrin diqqətini bu regiona yönəltməklə buradakı problemlərin həllinə çalışırıq”. Qonaq Azərbaycanda müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlərdən məmnunluğunu ifadə edib: “Belə davam edərsə, Azərbaycanı daha parlaq gələcək gözləyir. Azərbaycanın Avropaya inteqrasiyasına və problemlərinin həllinə köməklik göstərməyə hazırıq”.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Avropaya inteqrasiyası və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. S. Seyidov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Avropa Şurasının təzyiq mexanizmlərindən istifadə etməməsindən təəssüfləndiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR