Bank Of Baku

Kommunist Partiyasında daxili çəkişmə güclənir

Kommunist Partiyasında daxili çəkişmə güclənir
# 19 sentyabr 2007 16:05 (UTC +04:00)
“Biz partiyada parçalanma yaradan Ələsgər Xəlilov, Seyidağa Muradov, Hacı Hacıyev və Rüstəm Şahsuvarov kimi təşkilatın rəhbər strukturunda təmsil olunan adamların qarşısından çəkilməyəcəyik. Bu şəkildə mübarizə aparırlarsa, adekvat cavab alacaqlar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) sədr müavini Rauf Qurbanov deyib. R. Qurbanov bildirib ki, o və Plenumun üzvü olan digər kommunistlər sentyabrın 22-də keçiriləcək toplantıda iştirak etmək qərarına gəliblər. Plenumda açıq mübarizə gedəcəyini inkar etməyən R. Qurbanov mətbuat nümayəndələrini də bu toplantıda iştiraka çağırıb: “Plenumda bütün üzvlərin iştirakının təmin olunmasını tələb edəcəyik. İstəyirik ki, əsl həqiqət üzə çıxsın və bu şəxslərin saxtakarlıqla partiyanı ələ keçirmək istədikləri bəlli olsun. Biz mətbuat nümayəndələrinin toplantıda iştirakına nail olacağıq. Çünki müzakirələr bağlı qapı arxasında keçirilsə, onlar tərəfindən Nizamnamədən kənar hərəkətlər etmək asanlaşar”. AKP təşkilat şöbəsinin müdiri Ələsgər Xəlilov isə deyilənləri cəfəngiyat adlandırıb: “Plenumun 111 nəfər üzvü olsa da, onların bir hissəsi ya vəfat edib, ya da müxtəlif səbəblərdən partiyadan çıxıb. Plenumun real üzvlərinin sayı 69 nəfərdir. Bizim hansısa saxtakarlıq etmək niyyətində olmağımız isə Rauf Qurbanovun uydurmasıdır. Son bir ildə dəfələrlə Rauf Qurbanovdan partiyanın işində yaxından iştirak etməsini istəmişik. O isə hər dəfə müxtəlif bəhanələrlə yayınıb”. Ə. Xəlilov R. Qurbanovun Plenumda iştirakına maneə törədilməyəcəyini deyib: “Partiyada Raufla şəxsi qərəzliyi olan heç kim yoxdur və onun Plenumda iştirakında maraqlıyıq. Çünki bu toplantıda ona deyiləcək çox söz var. Rauf Qurbanovun partiyadan çıxarılması məsələsinin müzakirəyə çıxarılması da nəzərdə tutulub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR