Bank Of Baku

Valentin Sobolev: “Rusiya Qəbələ RLS-dən birgə istifadəyə dair ABŞ-la başlanan dialoqu davam etdirəcək”

Valentin Sobolev: “Rusiya Qəbələ RLS-dən birgə istifadəyə dair ABŞ-la başlanan dialoqu davam etdirəcək”
# 19 sentyabr 2007 16:56 (UTC +04:00)
Rusiya Qəbələ radiolokasiya stansiyasından birgə istifadə perspektivləri ilə əlaqədar ABŞ-la danışıqları davam etdirəcək. APA-nın “RİA-Novosti” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurası katibinin səlahiyyətlərini icra edən Valentin Sobolev məlumat verib. Onun sözlərinə görə, Rusiya bu məsələdə öz maraqlarını müdafiə etməkdə israrlıdır: “Qəbələ RLS və bu istiqamətdə tikilən digər stansiyalar ABŞ-ın maraqlarına toxunan problemləri həll etməyə qadirdir. Bizim danışıqların əsasını da bu təşkil edir. Lakin bütün danışıqlar kimi bu dialoq da uzunmüddətli və çoxmərhələlidir”. Sobolev Qəbələ RLS ilə bağlı ABŞ-la aparılan danışıqlarda hansı kompromislərin əldə olunduğu barədə heç nə deməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR