Bank Of Baku

Raket hücumundan müdafiə ilə bağlı ABŞ və Rusiyanın mövqelərində yaxınlaşma olmayıb

Raket hücumundan müdafiə ilə bağlı ABŞ və Rusiyanın mövqelərində yaxınlaşma olmayıb
# 19 sentyabr 2007 16:59 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyak deyib. O bildirib ki, tərəflər danışıqları davam etdirəcək: “Baxacağıq, görək proses bundan sonra necə inkişaf edir. Məsləhətləşmələrin növbəti raundu olacaq və amerikalıların Qəbələ RLS-ə səfəri də müzakirə ediləcək”. S. Kislyak Qəbələ RLS-in ABŞ-ın raket hücumundan müdafiə sisteminin tərkib hissəsinə çevrilməsinin mümkün olmadığını söyləyib. Diplomat Rusiyanın təklifinin ABŞ-ın Polşa və Çexiyada qurmağı planlaşdırdığı sistemə alternativ kimi irəli sürüldüyünü vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR