Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının səhhətində problem yaranıb

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının səhhətində problem yaranıb
# 20 sentyabr 2007 08:15 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının səhhətində problem yaranıb. Bu barədə APA-ya açıqlamasında məlumat verən A. Nağı bildirib ki, həkim səhhətindəki problemin səbəbini son günlər əsəb gərginliyi içində olması ilə əlaqələndirib. O, bu gün saat 06.00 radələrində təzyiqinin kəskin qalxdığını, ürəyində ağrıların artdığını deyib. Yaşadığı evin ətrafında polis nəzarətinin gücləndirildiyini söyləyən QAT sədri polislərin bunu növbəli şəkildə həyata keçirdiyini diqqətə çatdırıb. O, hüquq-mühafizə orqanlarının rəhbərlərindən baş verənlərə münasibət bildirməsini istəyib: “Bu vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Əgər bu erməniləri mühafizə etmək üçündürsə, çox gülünc görünür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR